Icma.az
close
up
RU
Sülh və inkişaf TDT nın yol xəritəsində başlıca istiqamətdir

Sülh və inkişaf TDT nın yol xəritəsində başlıca istiqamətdir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə dünya siyasi düzəni dinamik şəkildə dəyişir, yeni güc mərkəzləri formalaşır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi əhəmiyyətə malik regional platformalardan biri kimi önə çıxır. Tarixi və mədəni bağlılıqlara əsaslanan bu birlik
eyni zamanda siyasi və iqtisadi zərurətin nəticəsi olaraq yaranmışdır. TDT yalnız ortaq tarix və mədəniyyət üzərində qurulmayıb, eyni zamanda, üzv ölkələrin ortaq maraqlarını müdafiə edən və onların beynəlxalq nüfuzunu artıran strateji əməkdaşlıq və qardaşlıq birliyidir.

Təşkilat bütövlükdə Avrasiya qitəsinin önəmli iqtisadi və geosiyasi potensialını özündə birləşdirir. Bu birlikdə xüsusilə Azərbaycan və Türkiyənin liderliyi daim ön planda olmuş, birgə təşəbbüslər və diplomatik aktivlik sayəsində TDT-nin beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir. TDT-nin sammitlərinin tez-tez Azərbaycanda keçirilməsi ölkəmizin bu qurum daxilindəki mövqeyinin və nüfuzunun bariz göstəricisidir. Qəbələdə keçirilmiş növbəti sammit isə bir çox aspektdən tarixi əhəmiyyət daşıyırdı.

Bu görüş təkcə üzv dövlətlərin bir araya gəlməsi deyil, həm də türk dünyasının gələcək strateji planlarının müzakirəsi baxımından son dərəcə effektli alındı. 
TDT-nin Qəbələ görüşü həm də onunla yadda qaldı ki, liderlər Qəbələdən dünyaya barış və sülh mesajı səsləndirməklə ədalətin və beynəlxalq münasibətlərdə gücün deyil, hüquq prinsipinin üstünlüyünü təşviq etdilər.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin məzmunlu nitqi böyük maraqla qarşılandı və çıxışda irəli sürülən əsas məqamlar TDT-nin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi kimi tarixə düşdü.
Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı (TDT) son dövrlərdə sadəcə regional əməkdaşlıq platforması deyil, həm də qlobal əhəmiyyətə malik geosiyasi aktor kimi formalaşmaqdadır.

Azərbaycan bu təşkilat çərçivəsində həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. Ölkənin daxili sabitliyi, strateji coğrafi mövqeyi və artan iqtisadi potensialı TDT-nin ümumi gücünə mühüm töhfə verir. Azərbaycan tərəfindən təşkilatın katibliyinə edilən maddi dəstək və üzv ölkələrlə hərbi əməkdaşlıq, xüsusilə Türkiyə ilə keçirilən birgə təlimlər, təşkilat daxilində strateji birliyin möhkəmləndirilməsinə xidmət edir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız milli səviyyədə deyil, regionda ədalət və sabitliyin bərqərar olunması baxımından da əhəmiyyətli oldu.

Bundan başqa nəqliyyat və enerji sahəsində həyata keçirilən layihələr Orta Dəhliz, Zəngəzur dəhlizi və bərpaolunan enerji təşəbbüsləri Türk dünyası ölkələri arasında iqtisadi və infrastruktur baxımından əlaqələri gücləndirir. Azərbaycanın təşəbbüsləri TDT-nin mövqeyini həm regional, həm də beynəlxalq müstəvidə gücləndirir. Ortaq tarix, dil və mədəniyyətin yaratdığı bağlar üzərində qurulan bu əməkdaşlıq modeli gələcək üçün böyük perspektivlər vəd edir. 

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü gələcək inkişafa yeni məzmun verdi. Liderlər Qəbələdən verdikləri bəyanatlarla türk dünyasında siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm həmrəyliyin, daha sıx əməkdaşlığın və ortaq strateji məqsədlərin vacibliyini təsdiqlədi, həmçinin regional sülh və stabilliyin təmin olunmasına dair birgə iradənin möhkəmləndiyini nümayiş etdirdilər. Bunun türk dövlətlərinin birgə inkişafı və davamlı tərəqqisi üçün əhəmiyyətli rol oynayacağına şübhə yoxdur. Azərbaycan liderinin qeyd etdiyi kimi Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Çünki sülh və inkişaf TDT-nın yol xəritəsində başlıca istiqamətdir. Məhz bu amal türk dünyasını birləşdirir, onu gələcəyə doğru inamla aparır. 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri