Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

TDT və Azərbaycan: gücün sülh diktəsi

TDT və Azərbaycan: gücün sülh diktəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk dünyasının Qəbələ Zirvəsində regional barışa mühüm töhfə

TDT Dövlət Başçıları Şurasının Qəbələdəki 12-ci Zirvə Görüşü çərçivəsində qurumun Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”.

Bəli, beynəlxalq müstəvidə mürəkkəb proseslərin getdiyi indiki durumda yeni dünya düzəninin sülh və sabitlik şəraitində qurulması son dərəcə vacib amildir. Hesab edirik ki, bu baxımdan nazir C.Bayramovun daha sonra bildirdikləri də mühüm əhəmiyyətə malikdir. Belə ki, o, TDT-yə üzv dövlətlərin coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynadıqlarını önə çəkib: “Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.

Yeri gəlmişkən, TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün iki başlıca aspekti var idi ki, onlardan ikincisi təhlükəsizlikdirsə, birincisi sülhdür. Tam əminliklə demək olar ki, “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuş Qəbələ toplantısı həm təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildi, həm də ümumən TDT-nin qlobal məkandakı yeri və rolunun artım trayektoriyasını vurğuladı. Tədbir sübut etdi ki, quruma üzv dövlətlər də belə bir trayektoriyanın əhəmiyyətini, kifayət qədər, ciddi nəzərdən keçirirlər.

Əlbəttə, diqqətə çatdırdığımız cəhətlərin dolğun ifadəsi baxımından Prezident İlham Əliyevin bildirdikləri daha səlis və məntiqidir. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında ilk olaraq bunu bildirdi: “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir”.

Bilavasitə TDT-nin sülh məramına gəlincə, Prezident İlham Əliyev xatırlatdı ki, qurumun təməl sənədi olan Naxçıvan Sazişində təhlükəsizliklə yanaşı, sülhün qorunması da əsas məqsəd və vəzifələr sırasında yer alıb. Başlıca məqam isə TDT-ni sülh məqsədi naminə vahid güc faktoruna çevirməkdir ki, dövlətimizin başçısı çıxışında bu məsələnin də üzərində dayandı. Ona görə ki, hazırkı dünyada beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulur. Deməli, TDT ölkələri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq da günün başlıca tələbinə çevrilməlidir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

Məlumdur ki, Azərbaycan, öz növbəsində, qardaş Türkiyə ilə birlikdə regional sülhün qərarlaşmasına böyük töhfə verir. Söhbət Bakı-İrəvan sülhündən gedir ki, prosesə Ankaranın da əlahiddə töhfəsi var. Prezident İlham Əliyevin bu mənada iki ay əvvəl ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını yada salması və nəticədə Cənubi Qafqazın barış məkanına çevriləcəyinə inamını ifadə etməsi, habelə, Vaşinqton razılaşması çərçivəsində regionda münaqişə məntiqini özündə daşıyan ATƏT-in Minsk qrupunun və onunla əlaqədar strukturların bağlandığını vurğulaması xüsusi əhəmiyyət daşımaqdadır: “Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi”.

Sülh, bağlantılar və iqtisadi inkişaf. Bunlar bir-biri ilə əlaqəli, hətta deyərdik ki, bir-birindən asılı vacib komponentlərdir və hazırda həmin komponentlər TDT-nin tərkibində güc mərkəzinə çevrilməyi məqsəd seçdiyi böyük regionun gələcək strukturu və parametrləri baxımından son dərəcə müstəsna əhəmiyyətə malikdirlər. Mövcud trayektoriyada daha bir amil var ki, o da enerji təhlükəsizliyidir. Azərbaycan beynəlxalq miqyasdakı enerji təhlükəsizliyi zəncirində fəal halqadır. Bu amplua ölkəmizin özünü Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləməsində göstərir. Nəticə etibarilə, Azərbaycan həm sülhün qarantı rolunda çıxış edir, həm də TDT müstəvisindəki aktivliyi və əməkdaşlıq prioritetlərini genişləndirməsi ilə sülhü daha geniş düzənə daşıyır. Nəzərə alaq ki, qurumun geniş coğrafi əhatə dairəsi və bu arealdakı dövlətlərin bir-birilərinə sıx bağlılıq göstəriciləri mövcud məkandakı hər bir məmləkət üçün həm siyasi və iqtisadi dividenddir, həm də rifahlı yaşam vədidir.

“Ümumilikdə, atılan addımlar türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir”, - deyən Prezident İlham Əliyev çıxışında, həmçinin, Qəbələ Zirvə Görüşünün çıxaracağı qərarların TDT-nin mövqeyini daha da gücləndirəcəyinə, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəyinə əminliyini də bildirib.

“Türkiyə Cənubi Qafqazda baş verənləri izləməklə yanaşı, həm də bölgədə sülhə və sabitliyə səmimi töhfə verməyə çalışır. Biz avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannaməni bu sahədə müsbət addım kimi qiymətləndiririk. Bu istiqamətdə gələcək təşəbbüsləri səbirsizliklə gözləyirik”, - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşündəki çıxışı zamanı, habelə, TDT-nin son 16 ildə mühüm uğurlara imza atdığını dedi, “beynəlxalq hüquq böhranı” və “BMT Təhlükəsizlik Şurasının bir çox məsələlərdə fəaliyyətsizliyi fonunda” türk dövlətlərini birləşdirən vahid platformanın əhəmiyyətinə diqqət çəkdi, ən başlıcası isə o, TDT-nin sülh gündəmi seçimini “çox vaxtında və əhəmiyyətli” adlandıraraq, qurumun sabitliyin və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynaya biləcəyini vurğuladı.

Azərbaycanın sülh təşəbbüsünü dəstəklədiyini deyən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Zirvə Görüşündəki çıxışında hazırkı çətin dövrdə ölkəmizlə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyannamənin imzalanmasını təqdir etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq təşəbbüslərə verdiyi töhfədən söz açdı. Prezident İlham Əliyevin sədrliyi ilə TDT-nin fəaliyyətini daha uğurla davam etdirəcəyinə inandığını dilə gətirdi, ölkəmizin türk dünyasının birliyinin möhkəmlənməsi və regional sabitliyin qorunması istiqamətində mühüm rol oynadığından söz açdı.

“Ermənistanla imzalanmış bəyannamə regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır. Bu nailiyyət Azərbaycanın siyasi iradəsinin və liderliyinin bariz göstəricisidir”. Hesab edirik ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 12-ci Zirvə Görüşündəki çıxışı zamanı söylədiyi fikirlər də böyük ölçüdə yanaşsaq, ölkəmizin TDT çərçivəsindəki sülh missiyasına ehtiramın ifadəsidir. Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın sammitdəki nitqi də vurğulanmalıdır: “Azərbaycan Prezidenti İlham Əliyevin nailiyyətləri, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi önəm onu göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir”.

Sonda ümumiləşdirmə apararaq deyək ki, Azərbaycan 44 günlük müharibədəki qalibiyyəti ilə gücdən sülh naminə bəhrələnmənin nümunəsi olduğunu sübuta yetirdi. TDT-nin Qəbələ Zirvəsi ölkəmizin bu nümunəsinin qurum üçün də başlıca prioritetə çevrildiyinin bəyan platforması kimi yadda qaldı. Heç şübhəsiz, ölkəmizin sədrliyi ilə qurum sözügedən prioriteti əməli iş müstəvisində dolğunlaşdırmağı da bacaracaq.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri