Icma.az
close
up
RU
Sülh və işğal bir arada ola bilməz Trampın siyasəti ziddiyyətlidir AÇIQLAMA

Sülh və işğal bir arada ola bilməz Trampın siyasəti ziddiyyətlidir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İlk olaraq yardımları dayandırdı, sonra isə Co Baydenin İsrailə 2000 funt sterlinqlik bomba satmaq qadağasını ləğv etdi. Özünü "sülh adamı" adlandıran ABŞ-nin yeni Prezidenti Donald Tramp qərəzli addım atmaqda davam edir. 

ABŞ liderinin əsas məqsədi nədən ibarətdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Tramp adminstrasiyası ziddiyyətlər təşkil edir.

"Bu, Tramp administrasiyasının siyasətində ən böyük ziddiyyətlərdən biridir. Yəni yeganə ziddiyyət deyil, yalnız biridir. Düşünürəm ki, bu, davamlı olacaq. Çünki bir tərəfdə dünyada sülh şüarını ortalığa atacaqsan, başqa bir tərəfdə digər dövlətlərin ərazisini işğal etməklə bağlı hədələyib, ABŞ-nin ərazisini genişləndirməkdən dəm vuracaqsan. Bu, bir ziddiyyət təşkil etmirmi? Yəni işğal və sülh bir yerdə olacaq ifadələr deyil. Başqa bir tərəfdən yeni ABŞ administrasiyası iddia edə bilər ki, zamanında ABŞ ilə İsrail arasında bu yöndə konkret müqavilə olub, sonradan bu müqaviləni dayandıran Bayden administrasiyası Netanyahu hökumətinə təzyiq xarakterli olaraq bu bombaların verilməsini dayandırıb. Onda ortaya başqa bir sual çıxır. Əgər həqiqətən də Bayden administrasiyasının yerinə yetirməli olduğu müqavilələrdən, qərarlardan söhbət gedirsə, onda məzlum ölkələrə, zərərçəkmiş insanlara ABŞ-nin yardımı ilə bağlı qərarı Donald Trap gələn kimi niyə ləğv etdi? Yəni üç aylıq da olsa, bu yardımlar dayandırıldı və burada da ilk ölkə, zərərçəkən Fələstindir", - deyə siyasi şərhçi vurğuladı.

N.Mirinin sözlərinə görə, ABŞ-nin siyasəti yalnız daxili deyil, qlobal miqyasda da təhlükəli nəticələr doğura bilər:

"ABŞ Fələstində fəaliyyət göstərən BMT strukturunu maliyyələşdirirdi və bu yardım kontekstində fələstinlərə həm maliyyə, həm də humanitar yardımlar olunurdu. Artıq bu yardımlar kəsilib. Onda Donald Tramp əgər humanitar, yəni insanlıq nöqteyi nəzərdən olan qərarları görmürsə, bunu vacib bilmirsə, ancaq fələstinləri öldürəcək bir tonluq ağır tonnajlı bombaları yenidən İsrailə verilməsini vacib bilirsə, bu hansı məntiqi ortaya qoyur? Yəni burda ABŞ tərəfsizlik deyil, növbəti dəfə tərəf olduğunu ortaya qoyur və yanlış olan da budur və bu da gələcəkdə yeni şəkillənməkdə olan dünyaya hər hansı bir nizam vəd etmir? Ən böyük faciə də burdadır".

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri