Icma.az
close
up
RU
Trampın siyasəti: Cənubi Qafqaz da unudulmayacaq, amma... AÇIQLAMA

Trampın siyasəti: Cənubi Qafqaz da unudulmayacaq, amma... AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Nikol Paşinyanın ABŞ-yə səfəri ilk növbədə nəbz yoxlaması xarakteri daşıyır". 

Bunu politoloq Oqtay Qasımov Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın əvvəlində ABŞ-yə planlaşdırılan səfərini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspert xatırladıb ki, Ermənistan-ABŞ arasında strateji tərəfdaşlıq xartiyası imzalanıb: 

"ABŞ ilə, yəni keçmiş Bayden administrasiyası ilə imzalanmış müqavilənin taleyinin necə olacağı Paşinyanı maraqlandırır. Paşinyanın çox da ciddi olmayan bir tədbirdə iştirakının əsas məqsədi münasibətlərin hansı müstəvidə olduğunu, olacağını yoxlamaq, öyrənməkdir. Eyni zamanda yeni administrasiya ilə əlaqələrin necə qurulacağı ilə bağlı özü üçün müəyyən fikir formalaşdırmaqdır. Əsas məqsədlərdən biri budur".

O.Qasımov deyib ki, yeni administrasiyanın Bayden hökumətindən fərqli münasibət göstərcəyi bəllidir.  Onun sözlərinə görə, Trampla Baydenin siyasətləri, dünyagörüşü arasında ciddi fərqlər var. Bu iki şəxs tamamilə fərqli baxış bucaqlarından məsələlərə yanaşırlar. Digər yandan Trampın seçki kampaniyası dövründən verdiyi bəyanatlar göstərir ki, onun hədəfləri Baydenin hədəflərindən ciddi şəkildə fərqlənir. 

Oqtay Qasımov: Trampla Baydenin siyasətləri, dünyagörüşü arasında ciddi fərqlər var

Siyasi şərhçi əlavə edib ki, Amerika cəmiyyəti qarşısında duran kəskin məsələlərdən biri miqrantlarla bağlıdır: 

"Trampın uğur qazanmasının əsas səbəblərindən biri bəlkə də bu məsələdir. Artıq bu proses də başlanıb. Trampın yaxın 2 ildə əsas hədəfləri miqrantlar, Yaxın Şərq məsələsi və Rusiya-Ukrayna müharibəsini hansısa formada sonlandırmaqdır. Təbii ki, Çin və İran mövzuları da önəmlidir. Həmçinin, daxili iqtisadi inkişaf, Panama və Qrenlandiya məsələsi və s. mövzular da əhəmiyyətlidir. Bunlar o qədər qlobal məsələlərdir ki, yeni administraiya daha çox bu problemlərin həllinə köklənəcək".

"Əlbəttə, Cənubi Qafqaz regionu da unudulmayacaq. Amma düşünmürəm ki, bölgə Bayden və Blinken qədər Tramp administrasiyasının maraq dairəsində olacaq", - deyə Oqtay Qasımov əlavə edib

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın əvvəlində ABŞ-yə səfəri planlaşdırılır. Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Paşinyan Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin “Milli Dua Səhər Yeməyi”ndə iştirak edəcək. Ermənistanın Baş naziri sammitdə çıxış edəcək.

Onu da bildirək ki, ABŞ-də “Milli Dua Səhər Yeməyi” 1953-cü ildən keçirilir. ABŞ Konqresinin təşkil etdiyi illik ənənəvi tədbirdə ABŞ prezidentləri, ABŞ-nin bütün 50 ştatından və 100-dən çox ölkədən qonaqlar iştirak edirlər

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri