Icma.az
close
up
RU
Sülh yaxınlaşdıca, təxribatçılar artır: Hüquqdan bixəbər Bekker

Sülh yaxınlaşdıca, təxribatçılar artır: Hüquqdan bixəbər Bekker

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan arasında sülh dialoqunda nəticələr əldə edildikcə, prosesə mane olmaq istəyən qüvvələrin təxribatı da intensivləşir. 

Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə əldə edilən razılaşmadan məmnun qalmayan bu qüvvələr xüsusilə mətbu orqanlarda təxribatçı fikirlərlə gündəmə gəlməyə çalışırlar. 

“Cebheinfo.az” xəbər verir ki, növbəti belə çıxışın müəllifi Kolumbiya Hüquq Məktəbinin professoru Tomas Bekker olub. O, “The Washington Times” qəzetinə yazdığı məqalədə həqiqətə uyğun olmayan məlumatları tirajlayıb. 

Məsələn, iddia edib ki, Azərbaycan “100 mindən çox ermənini Dağlıq Qarabağdan qovub”. Adını hüquq müdafiəçisi qoyan bu şəxs və onu bu məqaləni yazmağa həvəsləndirənlər 1 milyndan artıq azərbaycanlının Qarabağdan və Qərbi Azərbaycandan qovulduğu zaman da eyni xarakterli məqalə yazmışdımı?

Üstəlik azərbaycanlılardan fərqli olaraq ermənilər Qarabağda sonradan, işğal dövründə məskunlaşmışdı və müharibədən sonra könüllü də çıxıb getdilər. Sayları də iddia olunan kimi, 100 min olmayıb. 

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır”. 

Belə olan halda rəqəmi 3 dəfədən çox şişirtmək özü də sülh prosesinə zərbə, təxribata cəhddir. “Əsl barışıq məcburi köçkünlərin təhlükəsiz qayıtması və məhbusların azad edilməsi üçün təminat tələb edir”, – deyə yazan Bekker Qərbi Azərbaycandan qovulan, köçən yox, məhz qovulan yüz minlərlə azərbaycanlının da öz torpağına qayıdışı barədə bir cümlə yazsaydı, bu, bəlkə də onun hüquqdan anlayışlı olduğunu düşünməyə əsas verərdi. 

Amma hələlik görünən odur ki, real sülh təşəbbüsü və prosesin məhz həmin istiqamətdə irəliləməsi təkcə Ermənistandakı revanşist qüvvələri yox, həm də uzaqdakı təxribatçıları dövriyyəyə gətirib. Okeanın o tayındakı təxribatçılar, o cümlədən Bekker Donald Tramp “Truth Social”-da elan etdii tarixi sülh sammitini şübhə altına almağa cəhd edir, öz nəzərlərində “siyasi məhbus” adlandırdıqları, Bakıda məhkəmələri davam edən separatçılara azadlıq tələb edirlər. Halbuki həmin separatçılar beynəlxalq hüquqa tüpürərək işğal olunmuş ərazilərdə xunta rejimi yaradanda, indi özünü hüquq müdafiəçisi adlandıran Bekker susurdu... 

Elnarə Kərimova
“Cebheinfo.az”

Açar sözlər: Sülh təxribatçılar hüquq Tomas Bekker

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri