Icma.az
close
up
RU
Sülh yolunda Qələbə Azərbaycanın Geosiyasi Uğuru!

Sülh yolunda Qələbə Azərbaycanın Geosiyasi Uğuru!

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamə dövlətimizin iştirakçısı olduğu beynəlxalq-hüquq aktları sırasında xüsusi yeri tutur. İlk növbədə qeyd etmək lazımdır ki, bu tarixi hadisə bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ardıcıl formada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən milli təhlükəsizlik və xarici siyasət doktrinasının məntiqi nəticəsidir. Ən mürəkkəb  geosiyasi durumda belə bir əhəmiyyətli hüquqi və diplomatik Zəfərin əldə edilməsi Azərbaycanın beynəlxalq siyasətinin parlaq səhifəsidir.

Dövlət başçısının bu mühüm sənədə imza atması əsrlərdən bəri davam edən və həll olunması fövqəladə xarakterli maneələrlə üzləşən problemin de-yure və de- fakto sonuclanmasından xəbər verir. Keçmiş tarixə detallı şəkildə varmadan qeyd etmək lazımdır ki, Birgə Bəyannamənin mühüm siyası və hüquqi əhəmiyyəti var. İlk növbədə, Bəyannamə “Müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına uyğun olaraq, beynəlxalq müqavilələr, konvensiyalar, sazişlərlə yanaşı beynəlxalq razılaşmaların bir növüdür və beynəlxalq hüquqi öhdəliklərlər yaradan sənəddir. Bu hüquqi aktın müstəsna əhəmiyyəti ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqları nəzərə alır və yeni müharibə riskini minimuma endirir. Bu mənada Bəyannamənin 5-ci bəndi beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq olunmasının yolverilməzliyini, iki dövlətin qonşuluq münasibətlərinin qurulmasına başlaması, yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq iki dövlət arasında düşmənçilik səhifəsinin bağlanmasını özündə ehtiva edir. Həmçinin hazırda və gələcəkdə hər hansı bir qisas cəhdinin qətiyyətlə rədd edilməsi və istisna edilməsini nəzərdə tutur.

Burada çox maraqlı bir faktı xatırlatmaq yerinə düşər. İkinci dünya müharibəsindən bitdikdən yalnız 10 il sonra 25 yanvar 1955-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Sovet İttifaqı və Almaniya arasında müharibə vəziyyətinin ləğv edilməsi haqqında” Fərman qəbul edərək, hüquqi cəhətdən müharibənin mövcud olmamamsını təsdiq etdi. Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirdikdən sadəcə 17 aydan sonra tarixi əhəmiyyətli Birgə Bəyannamənin qəbul edilməsinə nail oldu.  Bu sənədin müddəaları Cənubi Qafqaz regionunda davamlı sülhün bə beynəlxalq təhlükəsizliyin əldə edilməsi üçün Azərbaycan Respublikası tərəfindən irəli sürülən və gələcək sülh müqaviləsinin bünövrəsini təşkil edən beynəlxalq hüquq prinsiplərinin təntənəsidir.

Həmçinin oxuyun:

Prezident fərman imzaladı, nizamnamə dəyişdi

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri