Icma.az
close
up
RU
Zəngəzurdan qələbə meydanına: Azərbaycanın yeni geosiyasi kodları ŞƏRH

Zəngəzurdan qələbə meydanına: Azərbaycanın yeni geosiyasi kodları ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, yalnız media və ekologiya sahəsinə aid deyil, həm də regionun geosiyasi xəritəsinin yenidən çəkildiyinə dair çoxsaylı mesajlarla zəngindir. Bu çıxışda Azərbaycanın enerji, nəqliyyat, iqtisadiyyat və siyasi baxış bucaqları aydın şəkildə görünməkdədir. Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Xankəndidə “Parlament” adlandırılan separatçı bina əvəzinə Konqres Mərkəzinin tikilməsi və orada dövlət başçılarının qarşılanmasıdır. Bu dəyişiklik həm rəmzi, həm də siyasi güc nümayişidir. Zəfər meydanı və tikilməkdə olan Qələbə muzeyi Azərbaycanın tarixi ədaləti bərpa etdiyini dünyaya nümayiş etdirir. Füzulidə tikilən Mirzə Uluqbəy məktəbi, yalnız bir təhsil ocağı deyil – o, türk dünyasının Qarabağa verdiyi ilk real infrastruktur dəstəyidir. Prezident Şavkat Miromonoviçin bu addımı, yalnız məktəb deyil, həm də xalqlar arasında yeni körpünün təməlinə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq məktəbdə 500-dən çox uşaq təhsil alır və bu, qayıdış prosesinin real uğurlarındandır. Zəngəzur dəhlizi ilə bağlı Prezidentin verdiyi geniş məlumat bu yolun təkcə Naxçıvana deyil, həm də beynəlxalq daşımalara xidmət edəcəyini göstərir. 15 milyon ton ilkin yük potensialı, bu dəhlizin təkcə iqtisadi deyil, həm də strateji layihə olduğunu göstərir.

Azərbaycan dəmir yolunun Ermənistanla sərhədə qədər tamamlanması, prosesin bir hissəsinin artıq bitməsi bu layihənin reallığa çevrildiyini təsdiqləyir. Azərbaycanın nəqliyyat siyasəti paralel şəkildə davam edən çoxsaylı infrastruktur layihələri ilə müşayiət olunur. Xəzər dənizində ən böyük ticarət limanının yükqaldırma qabiliyyətinin 25 milyon tona çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun rəqəmsallaşdırılması, gömrük inzibatçılığının sadələşdirilməsi bu qlobal planın hissələridir. Ermənistanın beş il ərzində heç bir iş görməməsi, bu ölkənin tranzit potensialını sıfıra yaxınlaşdırır. Prezidentin sözləri ilə desək, Ermənistan nəinki nəqliyyat, həm də siyasi təcrid vəziyyətinə doğru sürüklənir. Bu, regionda baş verən geosiyasi proseslərə qarşı müqavimət göstərənlərin aqibətidir. Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu artıq real axın yaradır. Azərbaycan bu dəhlizdə həm tranzit ölkə, həm də regional logistika qovşağı rolunu oynayır. Orta Dəhlizlə Aralıq dənizi limanlarına çıxış imkanları Azərbaycanın Avrasiya qitəsindəki yeni mövqeyini müəyyənləşdirir. COP29, yalnız ekologiya deyil, həm də iqtisadi və diplomatik dividentlər doğuran hadisəyə çevrilmişdir. Burada imzalanmış müqavilələr, qlobal fondların yaradılması və regional əməkdaşlıqlar üçün platformanın yaradılması Azərbaycanı bir daha beynəlxalq münasibətlərin mərkəzinə gətirmişdir.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı bir çox sahələri əhatə edən dərin və strateji tezislərlə zəngindir. Bu çıxış Azərbaycanın gələcəyə baxışını, yaşıl iqtisadiyyata keçidini, informasiya mühitindəki liderliyini və regionun siyasi arxitekturasındakı yerini müəyyən edir. Azərbaycanın dövlət başçısı, qətiyyətli mövqeyi, real addımları və vizionu ilə ölkəsini sabahın aparıcı dövlətlərindən birinə çevirir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri