Sülhə doğru irəliləyə biləcəyimizə ümid edirik Rusiya
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Əbu-Dabidə Ukrayna və ABŞ ilə başlayan danışıqlarda sülh istiqamətində irəliləyişə ümid etdiyini bildirib.
Modern.az xəbər verir ki, Medinski Rusiya nümayəndə heyətinin tərkibinin genişləndirildiyini deyib.
“Nümayəndə heyətimiz böyüyüb, daha peşəkar olub. Ümid edirik ki, sülhə doğru irəliləyə biləcəyik”, – o qeyd edib.
Rusiya heyətində xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Sergey Ryabkov, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov, Baş Əməliyyat İdarəsi rəisinin müavini Yuri Jiqarlovski və Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi Aleksey Komkov da yer alırlar.
Ukrayna nümayəndə heyətinə Rüstəm Umerov rəhbərlik edir. Heyətə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsa, hərbi kəşfiyyat rəhbərinin müavini Vadim Skibitski və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya daxildir.
Baxış sayı:45
Bu xəbər 10 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















