Icma.az
close
up
RU
Sülhə gedən yolun əvvəli...

Sülhə gedən yolun əvvəli...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda Konstitusiya dəyişir

Ermənistanın ötən ilin sonunda başlatdığı Aİ üzvluyünə namizədlik prosesi ilə bağlı referendum keçirilməsi planlaşdırılır. Çünki proses həm də Konstitusiya dəyişikliyini özündə ehtiva edir. Yeni Konstitusiyanın təsdiqi ilə bağlı ümumxalq səsverməsinin nə zaman keçiriləcəyi isə tam məlum deyil - fevralın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəyə yeni konstitusiya lazımdır. “Yeni konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir. Çünki hazırkı konstitusiyanın qəbulu ilə bağlı keçirilən bütün referendumlarla bağlı ictimai qavrayışda ciddi qeyri-legitimlik hökm sürür. Yeni konstitusiyanın qəbulunun strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq fəaliyyətindən dövlət quran xalqın fəaliyyətinə keçiddir”.

Paşinyan təsdiqləyir - Qalyan yeni mətnin hazırlandığını deyir...

Göründüyü kimi, Paşinyan Konstitusiya dəyişikliyinin yalnız Aİ üzvlüyünə namizədlik prosesi ilə bağlamır - o dolayısı ilə, yeni yaranan situasiyanın, özünün təbirincə desək Ermənistana “kupça” alınmasının səbəbi kimi də yeni əsas qanuna ehtiyacın olduğunu irəli sürür. Yeni Konstitusiyadakı dəyişikliklərin nədən ibarət olması haqda hələlik dəqiq məlumat yoxdur - Ermənistan ədliyyə naziri Srbuhi Qalyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, ötən illər ərzində yeni Konstitusiya layihəsi ilə bağlı konsepsiyaların hazırlanmasına cəhdlər olub və bu konsepsiyalar demək olar ki, hazırlanıb. “İndi bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, Konstitusiyanın yeni mətnini hazırlamaqdır. Hazırda bu istiqamətdə işlər aparılır. 2026-cı il seçkilərinə qədər yeni Konstitusiyanın mətninin hazırlanmasını təmin etməliyik, bundan sonra təbii ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək”, - deyə o bildirib. Qalyan seçkilərdən sonra Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini də istisna etməyib: “Bəli, çox güman ki, belə də olacaq”. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Mən heç nəyi istisna etmirəm, bu məsələ ilə bağlı hələ yekun qərarımız yoxdur, lakin bu gün mövcud olan ifadənin qüvvədə olub-olmaması real həyatımızda heç nəyi dəyişməyib. Bu məqamda mətnin bir hissəsini şərh etmək istəməzdim, bunu müvafiq komissiyanın öhdəsinə buraxacağımızı düşünürəm”.

Konstitusiya dəyişikliyi nə vəd edir?

Göründüyü kimi, Paşinyan və komandası sülhün əsas şərtlərindən biri olan Konstitusiya dəyişikliyi məsələsinin artıq aktuallaşdığını etiraf edir. Çünki sülh üçün bu şərt zəruridir - Azərbaycan regionda ədalətli sülhün yaranmasında maraqlı olduğunu hər zaman irəli sürür.  Ölkəmizin sülh şərtləri də bəllidir - 2022-ci ildə meydana çıxan prosesdə ön planda tutulan aparıcı meyarlar müəyyənləşdirilib. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, əsassız iddiaların aradan qaldırılması kimi şərtlər gələcək dövrün sabitliyi üçün ən vacib məqamlardandır. Bu mənada, Azərbaycanın Ermənistanın Konstitusiyasında yer alan qondarma ərazi iddiasının dəyişdirilməsi tələbi də arqumentli, əsaslı bir tələbdir. Hazırki durumda Ermənistan hələ də Azərbaycan torpaqlarına iddiasını davam etdirir - Konstitusiyasında belə bu iddianı əks etdirən işğalçı ölkənin “gələcək planlarında” yenidən bu qondarma fikrə düşməyəcəyi qarantiya olunmur. Ötən 200 illik təcrübə bunu deməyə əsas verir. Başqa sözlə, bu gün sülhə imza atacaq Ermənistanın siyasi hakimiyyətinin dəyişikliyi fonunda İrəvanda hökumətə yiyələnəcək bir başqa qüvvənin Konstitusiyanın bu müddəasını əlində əsas tutaraq sülhü pozmayacağına kimsə təminat verə bilməz. Beləliklə, Bakının İrəvandan tələb etdiyi Konstitusiya dəyişikliyi praktik olaraq həm haqlı, həm də ədalətlidir.

Bu dəyişiklik Ermənistanın özü üçün də mühüm bir amildir. Bu kimi qondarma iddialardan əl çəkməklə Ermənistanın özünün regiondakı yerini müəyyənləşdirəcək, Türkiyə və Azərbaycanla münasibətlərdə yeni bir mərhələ yaradacaq. Bu isə İrəvanın gələcək inkişaf yolu üçün bir mayakdır.

Paşinyan sülhü imzalamalıdır - bunun üçün isə....

Eyni zamanda, yeni Konstitusiya Paşinyanın siyasi karyerası üçün də vacib amilə çevrilib. Qlobal mühitdə baş verən dəyişikliklər Paşinyanın vaxtilə arxayın olduğu meyarları sıradan çıxarıb. Artıq Fransa öz hayındadır - ABŞ-ın yeni hakimiyyəti isə İrəvanla Bayden administrasiyasının imzaladığı xartiyaya ciddi yanaşmır. Başqa sözlə, İrəvanın “geniş dəstək kampaniyası” başa çatıb. Artıq Paşinyanın özünün oturduğu kresloya təhdidlər formalaşır. Keçmiş revanşist komandanın dirçəlməsi prosesinin şahidi oluruq. Bu isə hazırki baş nazirə müsbət heç nə vəd etmir. Koçaryan-Sarkisyan ittifaqının yenidən dirçəlməsi Paşinyanı nəikni vəzifəsindən edəcək, hətta gələcək aqibətini də sual altına alacaq. Bunu Nikol Paşinyan özü də dərk edir. 2026-cı ildə baş tutacaq parlament seçkilərinə qədər Paşinyanın özünün yerdə sürünən reputasiyasına “əl gəzdirməlidir”. Bunun üçün isə ən real şans bölgədəki durumu düzəltmək, bahşqa sözlə qonşularla “sıfır problem” münasibəti qurmaqdır. Paşinyan 2025-ci ildə Konstitusiya dəyişikliyi edəcəyi, Azərbaycanla sülh müqaviləsi imzalayacağı, Türkiyə ilə sərhədlərin açılmasına nail olacağı halda özünün hakimiyyət nərdivanındakı yerini qoruya biləcək. Sülhün əldə olunmayacağı təqdirdə, İrəvanda yeni və daha ağır siyasi böhranlar qaçılmazdır...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see503

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see302

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see290

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see285

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see263

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see262

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see259

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see256

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see254

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see253

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see241

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see232

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see229

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see226

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see226

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see221

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see220

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see220

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see219

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri