Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Sonun əvvəli” ​​​​​​​“Bir rəsmin dedikləri”

“Sonun əvvəli” ​​​​​​​“Bir rəsmin dedikləri”

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Əfsanə Xəlilovadır. Onunla Xalq rəssamı Ağəli İbrahimovun “Sonun əvvəli” əsərindən danışmışıq.

Ağəli Müsəllim oğlu İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1960-1966-cı illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə iştirak edib. Rəsmləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və daha bir çox ölkələrdə nümayiş etdirilib. O, Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsində çalışıb, həmçinin “Xalq rəssamı” fəxri adına layiq görülüb.

Ağəli İbrahimov peşəkar şəkildə portret, peyzaj, natürmort və tematik kompozisiyalar işləyir. Rəssam tablo əsərlərində tez-tez Azərbaycan kəndlərinin, şəhər küçələrinin mənzərələri, milli kənd həyatı təsvir edir. Rəssamın folklor motivlərində əsərlərinə nümunə olaraq, “Novruz”, “Toy”, “Nar dənəsi”, “Nar şirəsi”, “Çıraq ilə natürmort”, “Qoç döyüşü”, “Qarabağ çobanları”nın adını qeyd edə bilərik. Daha fəlsəfi və simvolik kompozisiyalar: “Əbədiyyət”, “Oyanma”, “Sonun başlanğıcı”, “Ruhun vəhdəti” və s. həyat, ruh, həqiqət kimi mövzuları əhatə edir.

- “Sonun əvvəli” Ağəli İbrahimov yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Bu rəsm 1990-cı illərin sonlarında çəkilib. Bu dövr də rəssamın dini-fəlsəfi mövzulara artan marağı ilə xarakterizə olunur. “Sonun əvvəli” rəssamın ən metafizik, düşüncəyə yönəlmiş və transsendental əsəridir. Digər işləri isə daha çox torpağa, insana, həyatın özünə bağlıdır. Bu mənada “Sonun əvvəli”ni səmaya baxan, digərlərini isə yerə köklənən kimi mənalandıra bilərik.

- Əsərin kompozisiyası necədir?

- Tablo fəlsəfi-dini motivlər daşıyır: həyat-ölüm, xeyir-şər və işıq-zülmət qarşılaşması. Əsərin mərkəzində nurdan xəlq edilmiş mifik obraz (mələklərə bənzəyən) yer alır və ətrafında qanadlı mələklər var. Üst hissədə tunel - “ölüm sonrası işıq” anlayışını ifadə edən simvoldan istifadə olunub. İnsan fiqurları - əlləri açıq dua edən və imdad diləyən surətlər - bağışlanma, mənəvi-ruhani səy və inam yolunu əks etdirir.

- Bəs rəng həlli haqqında nə deyə bilərsiniz?

- Kolorit əsasən soyuq göy və ağ tonlarına əsaslanır - bu rənglər ilahi sükunət və mənəvi rahatlığı simvollaşdırır. Tablo kənarlarında tünd qəhvəyi rəng əlavəsi ilə kontrast artırılıb, mərkəzdəki işıq səhnəsinin vizual dərinliyi gücləndirilib.

- Ağəli İbrahimov yaradıcılığında rəng həlli və kompozisiya necə bütövləşir?

- Rəssamın yaradıcılığında rəng duyumu ilə kompozisiya tarazlığı daim diqqət çəkir. Hər əsər həm sakit poetik ab-havaya, həm də motivə görə emosional dinamizmə malikdir. Ağəli müəllimin üslubunda “mühafizəkarlıq” - yəni milli təsviri sənətin klassik prinsiplərinə bağlılıq əsas yer tutur. Ancaq buna rəğmən, o, klassikanı müasir yanaşmalarla təzələməyi bacarıb.

- Tablo hazırda harada saxlanılır?

- Rəssamın fəlsəfi-dini mövzulu əsərləri əsasən iri formatda olur. Bu əsər də həmçinin. “Sonun əvvəli” monumental ab-havalı, çoxfiqurlu kompozisiyaya malikdir. Hazırda əsər rəssamın öz emalatxanasında saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsərin adı ilə özü arasında möhkəm bağ var. “Sonun əvvəli” - yəni bitişlər, əslində, yeni başlanğıclardır. Mərkəzdəki nur içindəki şəffaf fiqur ruhun bu dünyanı tərk edib nurani aləmə keçidini simvolizə edir. Bu keçid fiziki dünyanın sonu, mənəvi həyatın başlanğıcıdır. Əsər bizə deyir: “Ölüm bir qapanış deyil. O, bir qapıdır. Hara açılmasını isə sən öz əməlinlə müəyyən edirsən”. “Sonun əvvəli” əsəri bizə deyir ki, həyat keçicidir, davamlı olan yalnız ruhdur. Həyat boyu etdiklərin, düşündüklərin, duan, sevgin, əfvin və inamın səni nura doğru aparacaq. Əgər “son” gəlirsə, qorxma, bu, yeni bir başlanğıcın qapısı ola bilər. Sadəcə, qapını necə döydüyünə bax.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 16 İyul 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1004

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see486

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see389

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see309

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see296

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see294

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see273

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see266

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see232

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see220

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see214

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see210

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see209

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see209

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see202

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see195

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see195

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see195

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri