Icma.az
close
up
RU
Sülhə qarşı növbəti təxribat

Sülhə qarşı növbəti təxribat

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa çalışan qüvvələr fəallaşıblar. 

Bu dəfə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanla Azərbaycan arasında sülh platformasına mane olmaq üçün cəhd edib. Belə ki, bu qurum dörd günlük aprel döyüşləri ilə bağlı işlər üzrə ilk qərarını açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə AİHM-in saytında məlumat yayılıb. 

Qərarda Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan, qeyri-obyektiv və təsdiqini tapmayan iddialar yer alıb. Avropa Məhkəməsi 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın guya erməni hərbçisinin ( harada və niyə? - red.) yaşamaq hüququnu, eləcə də işgəncəyə dair qadağaları pozduğuna dair qərar çıxarıb. 

Avropa Məhkəməsinin bu addımı adıçəkilən instansiyanın erməni diasporunun və lobbisinin əlində siyasi oyuncaq olduğunu göstərir. Çünki Avropa Məhkəməsi bu qərarı çıxararkən Azərbaycan tərəfinin mövqeyini nəzərə almayıb və Ermənistanı üçüncü tərəf kimi göstərib. 

Lakin məlumdur ki, aprel döyüşləri Azərbaycan ərazilərini işğal etmiş Ermənistan ordusunun hərbi təxribatı nəticəsində baş verib. Yəni hərbi əməliyyatlar Azərbaycan ərazisində gedib. Avropa Məhkəməsi öz qərarı ilə Ermənistan ordusunu müdafiə etməklə işğal faktına bəraət qazandırıb. 

Eyni zamanda, özünü insan haqlarının beynəlxalq müdafiəçisi kimi təqdim edən Avropa Məhkəməsi bir suala aydınlıq gətirməyib ki, Ermənistan əsgərinin Azərbaycan ərazisində - Füzulidə, Ağdamda, Tərtər istiqamətində nə işi var idi? Nəyə görə Ermənistan ordusu Azərbaycan ərazisində müharibə aparmalıdır? 

Göründüyü kimi, Avropa Məhkəməsi bu faktların üzərindən sükutla keçib. Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisində deyil, öz torpağında işğalçılara qarşı döyüşüb. Beynəlxalq hüquq isə buna icazə verir. 

Bütün bunlar göstərir ki,  qərar qərəzlidir və Azərbaycanla Ermənistan arasında formaslaşmaqda olan sülh prosesini pozmaq məqsədi daşıyır. Həm erməni diasporu, həm də bir sıra Qərb ölkələri Ermənistan və Azərbaycan arasında sülhün bərpa olmasına müxtəlif üsullarla mane olmağa çalışırlar. 

Sözdə Avropa qurumları sülh prosesini dəstəklədiklərini bəyan etsələr də, Azərbaycana qarşı çirkin oyunlar qurur, ikili standartlardan əl çəkmək istəmirlər. Qeyd edək ki, 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanda keçmiş “Qarabağ klanı” adlanan qüvvələr və Azərbaycan ərazilərinin işğalında şəxsən iştirak etmiş Serj Sarkisyan prezident olub. 

Əgər həmin vaxt Avropa Məhkəməsinin qərarında göstərdiyi kimi, Ermənistan əsgərlərinə qarşı xüsusi amansızlıq olsaydı, hakimiyyətdə olan radikal qüvvələr bunu Azərbaycan əleyhinə siyasi kampaniyaya çevirərdilər. 

Lakin həmin vaxt bir dəfə də olsun bu barədə hər hansı fakt göstərilməyib. 10 il sonra Avropa Məhkəməsinin məhz indi aprel döyüşlərinə qayıtması sadəcə Azərbaycan-Ermənistan sülh prosesinə zərbMüşfiq Abdulla 
“Cebheinfo.az”
ə vurmağa xidmət edir. 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri