Icma.az
close
up
RU
Sülhə və inkişafa hədəflənmiş strateji tərəfdaşlıq

Sülhə və inkişafa hədəflənmiş strateji tərəfdaşlıq

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni tarixin siyasi xronikasına baxdıqda açıq aydın görmək olur ki, Azərbaycan sülh, təhlükəsizlik və regional inkişaf üçün bütün vasitələrdən istifadə edən, beynəlxalq arenada özünəməxsus yerə malik olan və bütün ölkələrlə bu yönümdə qarşılıqlı əməkdaşlıq etməyə hazır olan ölkədir.

Bunu mövcud geosiyasi mənzərə, ölkəmizin yeni dünya nizamına verdiyi töhfələr və dünya dövlətləri ilə əlaqələri, xüsusilə də yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin hazırki gedişatı əyani şəkildə təsdiq edir.

 Bəli, bu gün Azərbaycan ilə ABŞ arasındakı siyasi dialoqa, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın inkişafına xidmət edən münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub. Bu yeni mərhələ ideoloji, siyasi və iqtisadi aspektlərdən təhlil edildikdə, Ceyms Devid Vensin ölkəmizə səfərinin nə qədər mühüm və strateji xarakter daşıdığı aydın görünür.

Hər iki dövlət arasında qarşılıqlı münasibətlərin inkişafı baxımından 10 fevral 2026-cı il tarixində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Bəllidir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp administrasiyasının əsas fiqurlarından biri olan Vensin regiona səfəri 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş sülh prinsiplərinin artıq konkret iqtisadi layihələr və siyasi zəmanətlərlə möhkəmləndirilməsi məqsədi daşıyır.

ABŞ rəsmisinin Azərbaycana səfəri, Vaşinqtonun region ölkələri ilə, xüsusilə də Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyinin növbəti təsdiqidir.

Səfər çərçivəsində iki ölkə arasında münasibətlərdə vacib geopolitik mərhələnin başlanğıcını qoyan mühüm qərarlar imzalanıb. Təbii ki, səfərin əsas gündəm mövzularından biri regional sülh və təhlükəsizlik məsələləri oldu. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində son dövrlərdə atılan addımlar fonunda ABŞ-ın bu prosesə siyasi dəstək verməsi aydın görünür. Vaşinqtonun sülh gündəminə yüksək səviyyədə qoşulması tərəflər arasında etimadın möhkəmlənməsinə və əldə olunmuş razılaşmaların davamlılığının təmin edilməsinə mühüm töhfə verə bilər. Bu, həm də ABŞ-nin regionda vasitəçi yox, təşviqedici faktor rolunu önə çıxarmaq istədiyini göstərir.

Səfər zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya mahiyyət etibarilə siyasi dialoqun və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin koordinasiyası, eləcə də demokratik institutların inkişafı və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətlərini əhatə edir. Səfər proqramının əsas gündəm mövzularından biri və ən əsası TRİPP marşrutunun tam işlək vəziyyətə gətirilməsi, Zəngəzur dəhlizinin aşılması üzrə növbəti addımların müzakirəsi oldu. ABŞ administrasiyasının regionda ticarət və kommunikasiya dəhlizlərinin açılmasını dəstəkləməsi Azərbaycanın strateji nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Bu kontekstdə TRIPP təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Layihə region ölkələri arasında nəqliyyat, logistika və ticarət əlaqələrinin genişləndirilməsini, eyni zamanda iqtisadi inteqrasiya vasitəsilə dayanıqlı sülhün təşviqini hədəfləyir. Xüsusilə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları çərçivəsində Azərbaycanın iştirak etdiyi layihələr TRIPP təşəbbüsünün praktik icrası baxımından mühüm potensiala malikdir.

Danışıqlar zamanı süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirəsi mühüm əhəmiyyət kəsb edir. Bu, texnologiya sahəsində birgə layihələr, informasiya təhlükəsizliyi və innovasiya mübadiləsinin gücləndirilməsi istiqamətində əlavə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına, iqtisadi əlaqələrin ənənəvi sahələrdən çıxaraq rəqəmsal iqtisadiyyat üzrə də genişlənməsinə imkan yaradır.

Eyni zamanda Vensin səfəri ABŞ–Azərbaycan münasibətlərinin strateji dialoq səviyyəsinə keçidi baxımından əhəmiyyətlidir. Təhlükəsizlik, siyasi məsləhətləşmələr və beynəlxalq platformalarda koordinasiya məsələləri bu dialoqun əsas sütunlarını təşkil edir. ABŞ-ın Azərbaycanla münasibətlərdə praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşma sərgiləməsi regional güclər arasında balansın qorunmasına da müsbət təsir göstərir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi ABŞ tərəfindən strateji tərəfdaş qismində qiymətləndirilir. Bu kontekstdə enerji layihələrinin davamlılığı, yaşıl enerji sahəsində əməkdaşlıq və regional enerji sabitliyi məsələlərinin müzakirəsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Eyni zamanda ABŞ Azərbaycanı təkcə enerji tərəfdaşı deyil, regionun əsas güc mərkəzi və strateji sabitlik qütbü kimi qəbul edir və bu da iki ölkə arasındakı etimadın ən yüksək səviyyəyə çatdığını göstərir. Bunu Prezident İlham Əliyevin imzalanan sənəddə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinin olduğunu qeyd edərək “Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir”, - deyə  vurğulaması bariz şəkildə təcəssüm etdirir.

Xüsusilə qeyd olunmalıdır ki, Ceyms Vensin çıxışı zamanı “Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Azərbaycan Prezidenti Ermənistanın Baş naziri və əlbəttə ABŞ Prezidenti ilə birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq” deyərək, əldə olunan nəticələrin eyni zamanda  Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsi olduğunu vurğulaması qürurverici olmaqla, sülhün qaçılmaz olduğuna əsaslı meşajdır.

 Çox mühüm siyasi və strateji xarakter daşıyan görüş zamanı Ceyms Devid Vensin “Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək” deməsi təqdirəlayiq olmaqla, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyinə və regionda möhkəm sülhə, sabitliyə və əmin-amanlığa nail olunacağına əminlik yaradır.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri