Icma.az
close
up
RU
Sülhə, inkişafa və ədalətə xidmət göstərən ittifaq ŞƏRH

Sülhə, inkişafa və ədalətə xidmət göstərən ittifaq ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 may, AZƏRTAC

Tariximizin ən önəmli günlərindən biri olan 28 may bu il Azərbaycanın həyatına daha bir uğuru ilə möhür vurdu. Müstəqillik Günündə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü təkcə diplomatik baxımdan deyil, həm də rəmzi mənada mühüm əhəmiyyət daşıyırdı. Heç şübhəsiz, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılan Laçının bu cür yüksəksəviyyəli tədbirlərə ev sahibliyi etməsi bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunduğunu göstərir. Digər tərəfdən isə Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin möhkəmləndirilməsi anlamına gəlir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli söyləyib.

Deputat qeyd edib ki, dünya dövlətləri və onların liderləri Azərbaycanı, Türkiyəni və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələnin nəticələrinin aradan qaldırılmasında dövlətimizin başçısı İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olmasını bəyan etməsi, eynilə Pakistanla Hindistan arasında hərbi toqquşma zamanı ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz təzahürü idi. Azərbaycan özü milli və regional səviyyələrdə, Türkiyə ilə birlikdə regional və qismən qlobal müstəvidə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə mövqeyini ortaya qoyur, müəyyən nəticələr əldə edir. Amma artıq Azərbaycan-Türkiyə-Pakistan birliyi regional səviyyədə nəticəyönümlülüyü qətiləşdirəcək, qlobal səviyyədə potensialı artıracaq.

“Laçın Zirvə görüşünü mahiyyət etibarilə 2021-ci ilin iyunundakı Şuşa görüşü ilə müqayisə etmək olar. Şuşa Bəyannaməsinin imzalandığı həmin görüş regionda revanşizmə yol verilməyəcəyinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edəcəyinin, Azərbaycan ərazisindən bütün yad silahlı qüvvələrin çıxarılacağının təminatı olmuşdu. Bu mənada, Laçın Zirvə görüşü və üçtərəfli münasibətlərin yeni səviyyəsi regionda Azərbaycanın haqlı olaraq irəli sürdüyü digər məsələlərin (o cümlədən Zəngəzur dəhlizinin açılacağının, Azərbaycanlıların tarixi yurdlarına qaydacağının və s.) də həllini tapacağının təminatıdır”, - deyə F.İbrahimli əlavə edib.

O, vurğulayıb ki, Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha səmərəli mövqenin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri