Icma.az
close
up
RU
Sülhən danışıb atəş açır Ermənistan ənənəvi təzyiq vasitələrini İŞƏ SALIB

Sülhən danışıb atəş açır Ermənistan ənənəvi təzyiq vasitələrini İŞƏ SALIB

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 13-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzərində danışıqların başa çatdığı elan edilib. Bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətli addımdan cəmi 3 gün sonra Ermənistan bütün ümidləri suya düşürməyə cəhd edib.

Belə ki, martın 16-da Ermənistan ordusu Azərbaycan mövqelərini bir gündə üç dəfə atəşə tutub. Mövqelərimizin atəşə tutulması açıq təxribat və sülh prosesinə təzyiq göstərmək cəhdidir.

Ermənistan sülh danışıqlarının başa çatmasından sonra törətdiyi təxribat törətməklə aşağıdakı məqsədləri güdür:

1. Sülh sazişinin imzalanmasına "təzyiq göstərmək"

Ermənistan Azərbaycanı sülh sazişini tələsik imzalamağa məcbur etməyə çalışır. Ancaq rəsmi Bakı sülh sazişinin imzalanması üçün bir sıra şərtlərin yerinə yetirilməsini labüd hesab edir. Bunlardan ən vacibi Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Azərbaycanın əsas narahatlığı ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistan hakimiyyətində rəhbərlik dəyişərsə, bu sülh sazişinin aqibəti necə olacaq? Sülh sazişində açıq suallar qalmamalıdır və Ermənistan təminat verməlidir.

2. Xarici ölkələrdən dəstək qazanmaq

Paşinyan hökuməti Qərb və region dövlətlərindən daha çox dəstək almaq üçün münaqişə görüntüsü yaratmağa çalışır. Bu səbəbdən də sülh sazişi üzrə danışıqların başa çatmasının elan edilməsindən dərhal sonra Rusiya, İran və Fransaya zəng edərək onların diqqətini cəlb etməyə çalışır. O, "diplomatik manevrlə" Putin və Pezeşkianın timsalında region ölkələrini, Makronun timsalında isə Qərbi prosesə cəlb etmək istəyir.

3. Yeni silahlanma üçün bəhanə yaratmaq

Azərbaycanla sərhəddə gərginlik yaradaraq Ermənistan öz hərbi texnikasını artırmaq üçün Qərbdən və Hindistandan yeni silah almaq üçün əsas yaratmağa çalışır. Bu təxribatlar Ermənistan ordusunun yenidən gücləndirilməsi üçün istifadə olunur. Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir.

4. Daxili auditoriyanı sakitləşdirmək və siyasi manipulyasiya

Paşinyan hökuməti müxalifətin təzyiqi altındadır. Atəşkəsin pozulması və “təhlükə” görüntüsü yaradılması daxili auditoriyaya “biz mübarizə aparırıq” mesajı vermək məqsədi daşıyır. Bu, həm də iqtidarın hakimiyyətini qorumaq üçün əl atdığı ənənəvi vasitədir.

5. Azərbaycanı hərbi eskalasiyaya çəkmək

Ermənistan sərhəddə təxribatlar törədərək Azərbaycanın güc tətbiq etməsinə nail olmaq və sonra bunu beynəlxalq arenada “təcavüz” kimi təqdim etmək istəyir. Bu, Ermənistanın ənənəvi informasiya müharibəsi taktikalarından biridir. Azərbaycan Ermənistanın bu təxribatlarını yaxşı başa düşür.

Beləliklə, Ermənistanın bu kimi addımları 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən əvvəl istifadə etdiyi klassik təzyiq vasitələrini xatırladır. Lakin bu cür təxribatlar artıq işə yaramır. Azərbaycan hərbi və diplomatik gücü ilə bölgədə əsas söz sahibidir. Ermənistanın təxribatları nə sülh prosesinə təsir edə bilər, nə də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək siyasətini dəyişə bilər.

Sülh yalnız Ermənistanın real addımları ilə mümkündür. Konstitusiya dəyişikliyi, Zəngəzur dəhlizinin açılması və sülhün Ermənistanda ictimai rəyə inteqrasiyası olmadan sazişin imzalanması təhlükəlidir. Ermənistan hökuməti anlamalıdır ki, təxribatlarla və silahlanma ilə Azərbaycana təsir etmək mümkün deyil. Əksinə, bu, Ermənistanın özünü təcrid vəziyyətinə salır. Azərbaycan isə haqlı mövqeyini sonadək qoruyacaq.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Mart 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see242

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see194

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see126

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri