Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan sükutu pozdu Ənənəvi təzyiq vasitələri artıq işə YARAMIR

Ermənistan sükutu pozdu Ənənəvi təzyiq vasitələri artıq işə YARAMIR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Martın 13-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzərində danışıqların başa çatdığı elan edilib. Bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətli addımdan cəmi 3 gün sonra Ermənistan bütün ümidləri suya düşürməyə cəhd edib.

Belə ki, martın 16-da Ermənistan ordusu Azərbaycan mövqelərini bir gündə üç dəfə atəşə tutub. Mövqelərimizin atəşə tutulması açıq təxribat və sülh prosesinə təzyiq göstərmək cəhdidir. 

Ermənistan sülh danışıqlarının başa çatmasından sonra törətdiyi təxribat törətməklə aşağıdakı məqsədləri güdür:

1. Sülh sazişinin imzalanmasına "təzyiq göstərmək"

Ermənistan Azərbaycanı sülh sazişini tələsik imzalamağa məcbur etməyə çalışır. Ancaq rəsmi Bakı sülh sazişinin imzalanması üçün bir sıra şərtlərin yerinə yetirilməsini labüd hesab edir. Bunlardan ən vacibi Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Azərbaycanın əsas narahatlığı ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistan hakimiyyətində rəhbərlik dəyişərsə, bu sülh sazişinin aqibəti necə olacaq? Sülh sazişində açıq suallar qalmamalıdır və Ermənistan təminat verməlidir.

2. Xarici ölkələrdən dəstək qazanmaq

Paşinyan hökuməti Qərb və region dövlətlərindən daha çox dəstək almaq üçün münaqişə görüntüsü yaratmağa çalışır. Bu səbəbdən də sülh sazişi üzrə danışıqların başa çatmasının elan edilməsindən dərhal sonra Rusiya, İran və Fransaya zəng edərək onların diqqətini cəlb etməyə çalışır. O, "diplomatik manevrlə" Putin və Pezeşkianın timsalında region ölkələrini, Makronun timsalında isə Qərbi prosesə cəlb etmək istəyir.

3. Yeni silahlanma üçün bəhanə yaratmaq

Azərbaycanla sərhəddə gərginlik yaradaraq Ermənistan öz hərbi texnikasını artırmaq üçün Qərbdən və Hindistandan yeni silah almaq üçün əsas yaratmağa çalışır. Bu təxribatlar Ermənistan ordusunun yenidən gücləndirilməsi üçün istifadə olunur. Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir.

4. Daxili auditoriyanı sakitləşdirmək və siyasi manipulyasiya

Paşinyan hökuməti müxalifətin təzyiqi altındadır. Atəşkəsin pozulması və “təhlükə” görüntüsü yaradılması daxili auditoriyaya “biz mübarizə aparırıq” mesajı vermək məqsədi daşıyır. Bu, həm də iqtidarın hakimiyyətini qorumaq üçün əl atdığı ənənəvi vasitədir.

5. Azərbaycanı hərbi eskalasiyaya çəkmək

Ermənistan sərhəddə təxribatlar törədərək Azərbaycanın güc tətbiq etməsinə nail olmaq və sonra bunu beynəlxalq arenada “təcavüz” kimi təqdim etmək istəyir. Bu, Ermənistanın ənənəvi informasiya müharibəsi taktikalarından biridir. Azərbaycan Ermənistanın bu təxribatlarını yaxşı başa düşür. 

Beləliklə, Ermənistanın bu kimi addımları 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən əvvəl istifadə etdiyi klassik təzyiq vasitələrini xatırladır. Lakin bu cür təxribatlar artıq işə yaramır. Azərbaycan hərbi və diplomatik gücü ilə bölgədə əsas söz sahibidir. Ermənistanın təxribatları nə sülh prosesinə təsir edə bilər, nə də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək siyasətini dəyişə bilər.

Sülh yalnız Ermənistanın real addımları ilə mümkündür. Konstitusiya dəyişikliyi, Zəngəzur dəhlizinin açılması və sülhün Ermənistanda ictimai rəyə inteqrasiyası olmadan sazişin imzalanması təhlükəlidir. Ermənistan hökuməti anlamalıdır ki, təxribatlarla və silahlanma ilə Azərbaycana təsir etmək mümkün deyil. Əksinə, bu, Ermənistanın özünü təcrid vəziyyətinə salır. Azərbaycan isə haqlı mövqeyini sonadək qoruyacaq.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see198

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see163

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see131

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri