Icma.az
close
up
RU
Sülhlə bağlı yeni tarix “Gələn yazda...”

Sülhlə bağlı yeni tarix “Gələn yazda...”

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan konstitusiyasında dəyişiklik etmədən imzalanacaq hansısa sənəd konkret sülh müqaviləsi olmayacaq; siyasi ekspert hesab edir ki, Ağ Ev sazişin yaxın zamanda imzalanması üçün əlindən gələni edəcək

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların COP29-dan sonra, dekabr ayında davam etdiriləcəyinin anonsu artıq verilib. Bu, yəqin ki, XİN rəhbərləri səviyyəsində baş tutacaq. Çünki ötən ay Kazanda iki ölkənin rəhbərləri məhz onlara danışıqları intensivləşdirmək və imzalanacaq sənədlə bağlı işi tezliklə yekunlaşdırmaq tapşırılıb.

Lakin ilin sonunadək yerdə qalan iki bəndi də razılaşdırıb ortaq sənədə çıxmaq ehtimalı hələ ki zəif görünür. Daha dəqiqi, hansısa sənəd imzalanacaqsa belə, onun adı yəqin ki, sülh müqaviləsi olmayacaq. Nədən ki, rəsmi Bakının əsas şərti məlumdur: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılması. İrəvan isə bu dəyişikliyə tələsmir. Hətta ötən həftəsonu Nikol Paşinyan bəyan etdi ki, ölkəsinin hazırkı konstitusiyasında belə bir iddia yoxdur.

“Past” erməni nəşri isə iddia edib ki, Paşinyanın ötən cümə parlamentdə etdiyi çıxış “Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini” elan etmək anlamına gəlir.

Qəzet yazıb ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasını verir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir”.

Sözsüz ki, iki qonşu ölkə arasında sülh prosesinin məntiqi sonluğa çatmasına əngəl olan amillər arasında xarici faktorlar da var. 

Bu arada rusiyalı ekspert Stanislav Tarasov deyib ki, ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra əsas gündəmi Qafqaz olmayacaq: “Tramp üçün prioritet Ukrayna müharibəsi, Avropa və Yaxın Şərqdir, Qafqaz sonda gəlir. Hazırkı prosesə əsasən amerikalıların regiondan geri çəkiləcəyini demək olar. Ermənilər hər zaman olduğu kimi, yenə doğru qərar verməkdə gecikdilər. Bakı İrəvandan 2-3 addım irəlidədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bütün bu prosesləri detallı şəkildə hesablayıb. Nikol Paşinyan isə Makronun qərarlarını gözləyir”.

Onun sözlərinə görə, Rusiya Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini dəstəkləyir: “Moskva özü də Tiflisə deyir ki, hərəkətə keçsin. Trampın çevrəsindən sızan məlumatlara görə, ABŞ Qafqazı tərk edəcək, buranı Rusiyaya buraxacaq. Lakin Moskva bunu istəmir. Biz Gürcüstan, Ermənistan, yaxud başqa ölkə ilə əlaqədar olmaq istəmirik. Qafqaz Rusiya üçün gərginlik mənbəyi olmamalıdır. Bu regionda sakitlik bizim üçün vacibdir. Bakı və İrəvan arasında sülh müqaviləsinin də yaxın günlərdə deyil, təxminən yazda imzalanacağını düşünürəm”. Tarasovun gözləntisi nə dərəcədə ehtimal ediləndir? 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın məlum açıqlamasından onun Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini istədiyi anlaşıla bilər: “Lakin mən güman eləmirəm ki, bu, yaxın zamanlarda baş verə bilər. Əslində Preambulanı dəyişdirmək o qədər çətin məsələ deyil. Parlament üçdə iki səs çoxluğu ilə lazımi dəyişikliyi eləyə bilər. Ancaq Nikol Paşinyan buna getmək fikrində deyil. Düşünür ki, əgər belə bir addım atılsa, bu, Azərbaycanın təzyiqləri ilə atılmış addım kimi qiymətləndiriləcək və onsuz da cəmiyyətdə Nikol Paşinyanın nüfuzu kifayət qədər aşağıdır, həmin dəyişikliyi etsə, nüfuzu bir az da düşə bilər. Dolayı yolla müstəqillik bəyannaməsindən imtina etmə cəhdi var. Bu, Konstitusiya Məhkəməsinin delimitasiya komissiyasının reqlamenti ilə bağlı verdiyi rəydə öz əksini tapıb. Konstitusiya Məhkəməsi elan elədi ki, Ermənistan Konstitusiyası yalnız konstitusiyada yazılanlardan ibarətdir, qalan sənədlərin Ermənistan Konstitusiyasının mətninə aidiyyəti yoxdur. Bununla da hesab olundu ki, müstəqillik bəyannaməsinin mətnində Azərbaycana qarşı olan ərazi iddialarından imtina olunur, çünki konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur, Bəyannaməyə istinad var və orada da Qarabağla Ermənistanın birləşməsi fikri öz əksini tapıb. Bu, Ermənistanda çox ciddi hay-küyə, narazılığa səbəb oldu. Nikol Paşinyanın bu bəyanatı da  o narazılıqlara cavab məqsədi daşıyır. Bu baxımdan hesab edirəm ki, Nikol Paşinyan bundan artıq addım yaxın zamanlarda atmayacaq. Yəni Ermənistan Konstitusiyasının preambulasında dəyişikliyə getməyəcək”.

A.Səmədov qeyd etdi ki, ABŞ-ın Trampın prezidentliyə dövründə əsas prioritetləri sırasında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ön sıralarda ola bilər: “Çox güman ki, bölgəmizə diqqət Co Bayden dövrünə nisbətən azalacaq. Ancaq nəzərə alsaq ki, sülh sazişi ilə bağlı kifayət qədər yol qət olunub və Bayden son addımı atıb bunu öz uğuru kimi təqdim eləyə bilər. Bu səbəbdən hesab edirəm Ağ Ev sülh sazişinin yaxın zamanda imzalanması üçün əlindən gələni edəcək. Sülh sazişi əgər yaza qədər imzalansa, yaxud yazda imzalansa, bu, uğur sayılmalıdır. Çünki baxmayaraq ki, cəmi üç bəndin üzərində danışıqlar gedir və onların da yarısı razılaşdırılıb, ancaq yerdə qalan yarısının razılaşdırılması çox ağır gedir. Xarici işlər nazirimiz bəyan elədi ki, sülh sazişinin əsas hissəsi razılaşdırılıb. Ancaq əsas hissə deyiləndə onun nə olduğunu nazir açmadı. Yəni yerdə qalan üç bənddə də irəliləyişlər varmı, yoxsa elə əsas hissə razılaşdırılmış 13 bənddən ibarətdir? Üstəlik, konstitusiya ilə bağlı məsələ hələ də qalmaqdadır. Ermənistan hesab edir ki, Konstitusiya Məhkəməsinin rəyi bu maneəni aradan qaldırmaq üçün kifayət etməlidir, çünki bu rəy müstəqillik bəyannaməsinin gücünü azaldır, yaxud konstitusiya üçün bütövlükdə onu qüvvədən salır. Azərbaycan tərəfi bunu qəbul edəcəkmi və konstitusiyanın dəyişdirilməsi tələbi bundan sonra da gündəlikdə olacaqmı? Əgər tələb gündəlikdə qalsa, sülh sazişinin imzalanması uzana bilər. Əgər Ermənistan Konstitusiya Məhkəməsinin verdiyi rəy kifayət sayılsa, yazda sülh sazişinin imzalanması yəqin ki, mümkün ola bilər. Hər halda, 2025-ci ildə bu proses çox güman ki, yekunlaşacaq və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmış olacaq”.

\\“Yeni Müsavat”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri