Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Sülhün açarı: Ermənistanın taleyi masada, İrəvan seçim qarşısında

Sülhün açarı: Ermənistanın taleyi masada, İrəvan seçim qarşısında

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bakının İrəvanla yekun sülh sazişinin şərtləri  bəllidir və bu şərtlərə əməl edilmədən hər hansı yekun sülüh sazişindən danışmaq mümkünsüzdür. Yekun sülhə hazırda ən ciddi maneə isə Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası olan müdəədlardır. Konstitusiya dəyişmədən   bölgədə uzunmüddətli və dayanıqlı sülh ola bilməz. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən yeni konstitusiya ilə bağlı səsləndirilən fikirlər regionda gedən siyasi transformasiyanın mahiyyətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Onun çıxışında əsas diqqət çəkən məqam müstəqillik bəyannaməsinə istinadın yeni konstitusiyada yer almamasının zəruriliyi və bunun “Qarabağ hərəkatı”nın dayandırılması ilə əlaqələndirilməsidir. Bu yanaşma formal olaraq sülh gündəminə uyğun görünsə də, reallıqda daha mürəkkəb və ziddiyyətli geosiyasi kontekstdən qaynaqlanır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Paşinyan açıq şəkildə bildirir ki, bəyannaməyə istinadın saxlanılması Qarabağ məsələsinin davam etdirilməsi anlamına gələcək ki, bu da birbaşa Azərbaycan ilə münaqişənin yenidən alovlanması riskini yaradır. “Bu etiraf, əslində, Ermənistanın hüquqi-siyasi bazasında uzun illər mövcud olmuş və qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edən ideoloji xəttin hələ də tam aradan qalxmadığını göstərir”, - o vurğulayıb.

Konstitusion ziddiyyətlər və ərazi iddiaları problemi
Deputat əlavə edib ki, yeni konstitusiyanın mahiyyəti yalnız daxili idarəetmə mexanizmlərini deyil, həm də dövlətin xarici siyasət prioritetlərini müəyyənləşdirir: “Əgər bu sənəddə dolayısı ilə belə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına işarə edən müddəalar qalarsa, bu, regionda sülh prosesinə ciddi zərbə vuracaq. Bu da öz növbəsində sülh müqavilələrinin hüquqi legitimliyini zəiflədir. qarşılıqlı etimadı aradan qaldırır, regional inteqrasiya layihələrini iflic edir  və gərginliyin daimi xarakter almasına şərait yaradır. Ona görə də konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi niyyətlərin indikatorudur. Ermənistanın real niyyəti məhz bu sənəd üzərindən qiymətləndiriləcək.

“Dənizdən dənizə Ermənistan” ideyasının təhlükəli mirası
Paşinyanın çıxışında dolayı şəkildə istinad etdiyi “dənizdən dənizə Ermənistan” konsepti tarixən formalaşmış revizionist yanaşmanın təzahürüdür. Bu ideya yalnız regional reallıqlarla ziddiyyət təşkil etmir, həm də Ermənistanın öz milli təhlükəsizliyi üçün risk yaradır.
Bu ideologiyanın saxlanılması isə Ermənistanı regionda təcrid olunmuş vəziyyətdə saxlayır, qonşularla münasibətlərin normallaşmasını bloklayır, xarici güclərin təsir imkanlarını artırır  və nəticə etibarı ilə ölkəni geosiyasi alətə çevirir. Beləliklə, bu ideya nəinki region üçün, həm də Ermənistanın dövlətçilik perspektivi üçün təhlükə mənbəyidir. 

Ermənistan üçün seçim: transformasiya, yoxsa tənəzzül
Mövcud vəziyyət Ermənistan qarşısında aydın seçim qoyur. Ya ölkə qonşularının ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanıyacaq  və revanşistideologiyalardan imtina etməklə regional əməkdaşlığa inteqrasiya olunacaq. Ya da davamlı gərginlik və təcrid şəraitində qalaraq xarici güclərin təsiri altına daha çox düşəcək.

Paşinyanın açıqlamaları müəyyən dərəcədə reallığın qəbul edildiyini göstərsə də, bu proses hələ tamamlanmayıb. Yeni konstitusiya Ermənistanın gələcək kursunu müəyyənləşdirəcək əsas sənəd kimi ya sülhün hüquqi təminatına çevriləcək, ya da regionda yeni gərginliklərin başlanğıc nöqtəsi olacaq”.

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Aprel 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri