Icma.az
close
up
RU
Sülhün səsi boğulur: İsrailin prosesləri sındıran addımları

Sülhün səsi boğulur: İsrailin prosesləri sındıran addımları

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"İsrailin Qətərdə yaşayış massivinə yaxın bölgəyə zərbə endirməsi beynəlxalq hüquq normal və prinsiplərinin pozulmasıdır. Bu təkcə HƏMAS liderlərinin zərərsizləşdirilməsi yox, suveren bir dövlətə qarşı edilən qəsddir".

Bu barədə siyasi şərhçi Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, istənilən ölkənin digər suveren bir dövlətin ərazisinə hücumu pislənilməlidir: 

"İsrail bununla əslində qarşı tərəflər sülhə hazır olmadığını, işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha ortaya qoydu. Bundan üç-dörd gün öncə ABŞ prezidenti D.Trampın təklifi var idi. İsraillə HƏMAS arasında Qəzza zolağındakı hadisələrlə bağlı təkliflər paketi təqdim olunmuşdu".

Şərhçi qeyd edib ki, bu təkliflərin münaqişənin dayandırılmasında və atəşkəsə nail olunmasında ilkin addım olması gözlənilən idi: 

"Lakin Dohaya edilən qəfil hücum İsrailin ümumiyyətlə sülh və atəşkəs danışıqlarına hazır olmadığını göstərdi. Şübhə yox ki, İsrail Qətərə zərbəni ABŞ-nin razılığı və məlumatı olmadan edə bilməzdi. Qətər ABŞ-nin strateji müttəfiqidir. ABŞ əməliyatdan xəbərsiz olduğunu iddia etsə də, faktiki surətdə baş verənlər barədə əvvəlcədən məlumatı olub". 

Əli Oruclu: Artıq İsrailin BMT-dən çıxarılması ilə bağlı təşəbbüslər irəli sürülür

Analitik əlavə edib ki, beynəlxalq aləmin İsrailə qarşı hiddəti gündən-günə artmaqdadır: 

"Artıq İsrailin BMT-dən çıxarılması ilə bağlı təşəbbüslər irəli sürülür. Eyni zamanda Avropa İttifaqının İsrailə qarşı sanksiyalar paketi müzakirə olunur. Yəni proseslər əslində İsrailin lehinə yox, əleyhinə işləyir. Baş nazir B.Netanyahunun məsuliyyəti birbaşa öz üzərinə götürməsi də İsrail üçün yaxşı heç nə vəd etmir".

Sonda həmsöhbətimiz diqqətə çatdırıb ki, təhlükəli tendensiya İsrailin ətrafındakı heç bir ölkə ilə normal münasibətdə olmamasıdır. Daimi olaraq onların ərazilərinə hərbi təcavüz edir. Beləliklə, İsrail Yaxın Şərqdə münaqişələrin və qarşıdurmaların bitməsinə imkan verməyən bir ölkəyə çevrilir. Bunun qarşısı alınmazsa, qarşıdurmanın arealı daha da genişlənə bilər.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri