Icma.az
close
up
RU
Sülhün təminatı xarici sərmayəni artıracaq ŞƏRH

Sülhün təminatı xarici sərmayəni artıracaq ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunlarına qiymət verərkən, ilk növbədə, beynəlxalq investorlarla və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalanmasını xüsusi vurğulamaq yerinə düşər. Layihələr süni intellekt, enerji və bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı kimi müxtəlif sahələri əhatə edir. İyun ayında Bakı Enerji Həftəsi zamanı elan edilmiş layihələr də nəzərə alınarsa, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycanın investisiya tarixində xarici kapitalın rolu böyükdür. Prezident İlham Əliyev II İnvestisiya Forumunda son 20 ildə ölkəyə 350 milyard dollardan çox ümumi investisiyanın cəlb edildiyini və ölkəmizə yatırılan sərmayenin yarısının birbaşa xarici investisiya olduğunu bildirdi:”Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 7,046 milyard dollar təşkil edib. Göründüyü kimi, dövlət öz iri infrastruktur və quruculuq layihələrinin əksəriyyətini daxili vəsaiti hesabına maliyyələşdirə bilir. Lakin iqtisadiyyatın texnoloji transformasiyası üçün yalnız daxili mənbələr və resurslar kifayət etmir. Xarici investorun əsas faydası maliyyə ilə yanaşı texnologiya, idarəetmə təcrübəsi, bazara çıxış, patent, istehsal zənciri və beynəlxalq korporativ standartlar gətirməsidir”.

Zahid Oruc vurğulayıb ki, Prezident İlham Əliyevin forumda səsləndirdiyi ən mühüm fikirlərdən biri 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinin dəyişdirilməməsi ilə bağlı idi. “Dövlətimizin başçısı bildirib ki, həmin müqavilələrdə “bir söz belə dəyişdirilməyib”, yəni etibarlı tərəfdaş statusu qazanıb. Mövcud qanunvericilik də xarici investor üçün bir sıra üstünlüklər qazandırır. “İnvestisiya fəaliyyəti haqqında” Qanun xarici investorun yerli sərmayeçi müqayisədə daha əlverişsiz rəftara məruz qalmamasını, diskriminasiyanın qadağan olunmasını və investisiya gəlirlərinin sərbəst şəkildə xaricə köçürülməsini nəzərdə tutur. Əvvəlki xarici investisiyalar qanunvericiliyində də milliləşdirmədən müdafiə, kompensasiya və investisiya gəlirlərinin transferi kimi təminatlar müəyyən edilib. Deməli, Azərbaycanda xarici investisiyaya hüquqi təminatlar mövcuddur. Digər mühüm amil makroiqtisadi sabitlikdir. Prezident forumda Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 5,6 faizi olduğunu, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələdiyini və manatın dollar qarşısında 2017-ci ildən 1,7 səviyyəsində sabit qaldığını vurğulayıb. Aşağı borc, böyük maliyyə ehtiyatı və sabit məzənnə uzunmüddətli investor üçün mühüm risklərin bir hissəsini azaldır.

İkincisi, enerji və infrastruktur bazasıdır. Üçüncüsü, coğrafi bağlantıdır. Dördüncüsü, dövlətin böyük layihələri həyata keçirmək qabiliyyətidir. Beynəlxalq maliyyə institutlarının strategiyaları göstərir ki, iqtisadi modelin inkişaf etdirməli olduğu sahələr hələ çoxdur. Avropa Yenidənqurma və İnkişaf Bankının 2025-ci ildə qəbul etdiyi Azərbaycan strategiyasının birinci prioriteti daha güclü, rəqabətli və inklüziv özəl sektor və təkmilləşdirilmiş idarəetmə, ikinci prioriteti isə yaşıl iqtisadiyyat və regional bağlantıdır. Bank dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasını ayrıca hədəf seçib. Neft-qazdan kənar xarici investisiyanın həcmi artmalıdır. Məhkəmə və arbitraj etimadı, müqavilələrin icrası və tənzimləmə proqnozlaşdırılması investor üçün daim əsas göstəricilərdir. İnsan kapitalı və texniki kadr bazası yeni investisiya modelinin əsas məhdudiyyətinə çevrilə bilər. Süni intellekt, data mərkəzləri, yaşıl enerji, yüksək texnologiyalı istehsal və əczaçılıq yalnız kapital yox, mühəndis, proqramçı, texnoloq və idarəçi tələb edir”,- deyə o diqqətə çatdırıb.

Forumun mövzusunun təsadüfi seçilmədiyini bildirən deputat əlavə edib: “Vətən müharibəsindəki Qələbəmizin siyasi coğrafiyası genişlənir və uzun illərin işğal reallığı, bölgəyə olan təhlükələr və regionun iqtisadi potensialına olan etimadın səviyyəsi dəyişir. Ən böyük investisiya iqlimi sülhün daimiliyini təmin etmək olacaq. Əvvəllər Cənubi Qafqaz xarici investor üçün münaqişə, bağlı sərhədlər və geosiyasi risklər kimi görünürdü. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, yeni kommunikasiya marşrutlarının açılması və Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi regionun cəlbedciliyini artıracaq. Avropa ilə Asiya arasında enerji, logistika, rəqəmsal və istehsal bağlantısı məkanına çevrilmək üçün böyük perspektivlər var. Ona görə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas əhəmiyyəti ölkəmizi çoxşaxəli beynəlxalq investisiya platformasına keçmək iddiasının nümayiş olunmasıdır. Layihələrin reallaşması xarici kapitalın qeyri-neft sektorundakı çəkisini artıracaq və investisiya mühitində idarəetmə, rəqabət, müqavilə icrası və özəl sektorla bağlı qalan məsələlər həllini tapacaq. Ölkəmiz Cənubi Qafqazda kapitalın, texnologiyanın və regional bağlantının əsas mərkəzinə çevriləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri