Icma.az
close
up
RU
Güc, təhlükəsizlik və sülhün təminatı

Güc, təhlükəsizlik və sülhün təminatı

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səyyad Mirzəyev,

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Güclü ordu, yüksək müdafiə qabiliyyəti və milli təhlükəsizliyin etibarlı təminatı müasir dövrdə dövlət müstəqilliyinin ən mühüm dayaqlarındandır. Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək regionun təhlükəsizlik mənzərəsində əsas aktorlardan birinə çevrilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Cənubi Qafqazda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası regionda yeni siyasi və təhlükəsizlik reallıqları yaratdı. 2023-cü ildə suverenliyin bütün ölkə ərazisində tam bərpası isə bu prosesin mühüm mərhələsini təşkil etdi. Bu nəticələr təsadüfi deyil. Onların arxasında güclü iqtisadiyyat, dövlət-xalq birliyi, düşünülmüş xarici siyasət və ən əsası, müasir standartlara cavab verən, yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin 11avqust 2026-cı il tarixdə Naxçıvana səfəri zamanı səsləndirdiyi “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri artıq formalaşmış reallığın ifadəsidir. Azərbaycanın mövqeyi regionda qəbul edilən, hesablaşılan və nəzərə alınan mövqedir. Cənab Prezidentin Naxçıvana səfəri zamanı müdafiə məsələlərinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Naxçıvanın Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşməsi onun təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir.Bu səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun yeni komando hissələrinə döyüş bayraqlarının təqdim olunması Naxçıvanın müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən işlərin mühüm göstəricilərindən biridir. Prezident müsahibəsində Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyini xüsusi qeyd etdi. Burada əsas məqsəd hərbi qarşıdurma yaratmaq deyil, Azərbaycanın təhlükəsizliyini təmin etmək, mümkün təhdidlərin qarşısını vaxtında almaq və regionda sabitliyin qorunmasına töhfə verməkdir. Azərbaycanın dövlət siyasətində sülh və əməkdaşlıq məsələləri mühüm yer tutur. Lakin dayanıqlı sülhün təmin edilməsi üçün dövlətin öz təhlükəsizliyini qorumaq imkanlarına malik olması vacibdir. Güclü müdafiə qabiliyyəti Azərbaycanın xarici siyasətdə müstəqil mövqe nümayiş etdirməsinə də imkan yaradır. Azərbaycan öz milli maraqlarını müdafiə etmək imkanına malik olan dövlət kimi regionda sülh proseslərinə daha fəal və inamlı şəkildə töhfə verir. Bu baxımdan ordunun gücləndirilməsi həm də siyasi sabitliyin, iqtisadi inkişafın, investisiya mühitinin və regional əməkdaşlığın təhlükəsizlik dayaqlarından biridir. Azərbaycanın regional siyasətinin mühüm xüsusiyyətlərindən biri hərbi güclə diplomatik fəallığın paralel şəkildə həyata keçirilməsidir. Son illərdə ölkəmiz bir tərəfdən müdafiə qabiliyyətini artırıb, digər tərəfdən regional nəqliyyat, enerji və sülh təşəbbüslərində fəal rol oynayıb. Dövlətin təhlükəsizlik imkanlarının güclü olması diplomatik mövqelərin də möhkəmlənməsinə şərait yaradır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, regional layihələrdə fəal iştirakı və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır. 11 avqust səfərinin mühüm cəhətlərindən biri də müdafiə məsələləri ilə yanaşı, Naxçıvanın iqtisadi, enerji, nəqliyyat və sosial inkişaf perspektivlərinin kompleks şəkildə nəzərdən keçirilməsi oldu. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji layihələri, nəqliyyat infrastrukturunun inkişafı, sosial obyektlərin yaradılması və şəhərin uzunmüddətli inkişaf planının təqdim edilməsi göstərir ki, muxtar respublikanın gələcək inkişafı vahid strateji yanaşma çərçivəsində həyata keçirilir.

Naxçıvanın gələcək inkişafında nəqliyyat əlaqələrinin bərpası xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının yaradılması ölkənin iqtisadi və strateji imkanlarını genişləndirməklə yanaşı, regionda yeni kommunikasiya xəritəsinin formalaşmasına da xidmət edəcək. Cənab Prezident müsahibəsində Zəngəzur istiqamətində nəqliyyat və enerji layihələrinin perspektivlərinə də toxunaraq bu proseslərin Naxçıvanın regional nəqliyyat və enerji mərkəzinə çevrilməsi baxımından əhəmiyyətini qeyd etdi. Naxçıvan artıq yalnız coğrafi mövqeyinə görə deyil, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi imkanlarının məcmusuna görə də Azərbaycanın strateji məkanlarından biri kimi çıxış edir. Azərbaycanın təcrübəsi göstərir ki, güclü dövlət həm öz təhlükəsizliyini təmin edə, həm də qonşu ölkələrlə əməkdaşlığın inkişafında daha inamlı mövqe tuta bilər. Bu gün ölkəmizin regional təşəbbüslərdə fəallığı məhz belə bir yanaşmanın nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın müdafiə siyasətinin əsas istiqaməti təhlükəsizliyin etibarlı təmin olunmasıdır. Naxçıvanda hərbi potensialın gücləndirilməsi də bu ümumi strategiyanın mühüm hissəsidir. Bu gün Azərbaycanın regionda söz sahibi olması yalnız hərbi imkanlarla ölçülən anlayış deyil. Bu, güclü ordu, möhkəm iqtisadiyyat, müstəqil xarici siyasət, milli birlik və artan beynəlxalq nüfuzun vəhdətindən yaranan geosiyasi çəkidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri