Summativ pulu qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonunun Masazır kəndində yerləşən 3 nömrəli tam orta məktəbdə şagirdlərdən "summativ pulu" yığıldığı iddia edilir. Bildirilir ki, qiymətlər siniflərə görə dəyişir - aşağı siniflərdən 5 manat, yuxarı siniflərdən isə 10 manat tələb olunur.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, valideynlər və şagirdlər bu praktikanın artıq ənənəyə çevrildiyini bildirirlər. İddialara əsasən, hər tədris ilinin əvvəlində summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə bütün siniflərdən pul yığılır.
Əraziyə gedən çəkiliş qrupu valideynlərlə yanaşı, şagirdlərlə də söhbətləşib. Şagirdlərdən bəziləri toplanılan vəsaitdən təngə gəldiklərini deyiblər. Hətta pulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid edildiyini iddia edənlər də olub.
Məsələ ilə bağlı məktəbin riyaziyyat-informatika müəllimi Vidadi Ədilov iddiaların əsassız olduğunu bildirib. Lakin məktəb rəhbərliyindən mövzu ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Sentyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















