Icma.az
close
up
RU
Bu yanaşma əsasən summativ xarakter daşıyır Təhsil eksperti

Bu yanaşma əsasən summativ xarakter daşıyır Təhsil eksperti

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi təhsil sisteminin ən mühüm funksiyalarından biridir. BSQ və KSQ-lər, təhsil sistemində qiymətləndirmənin ən çox istifadə olunan formalarından biri kimi şagirdlərin bilik səviyyəsini qiymətləndirmək üçün nəzərdə tutulsa da, bu mexanizmlərdə ciddi çatışmazlıqlar var. Birincisi, bu yanaşma əsasən summativ xarakter daşıyır və şagirdlərin yalnız müəyyən bir vaxt ərzində əldə etdiyi nəticələri əks etdirir. Halbuki tədris prosesinin əsas məqsədi şagirdlərin davamlı inkişafını təmin etməkdir. Bu problemlər, xüsusilə, müəllimlərin müşahidələrində və statistikalarda öz əksini tapır".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov 525.az-a söyləyib. O qeyd edib ki, Azərbaycanın təhsil qanunvericiliyinə, "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən, təhsilin məqsədi şagirdlərin intellektual, mənəvi və praktiki inkişafını təmin etməkdir. Lakin BSQ və KSQ sistemləri bu məqsədi tam şəkildə əhatə edə bilmir. Məsələn, statistika göstərir ki, son beş ildə BSQ və KSQ nəticələrinin ümumi şagird qiymətlərinə təsiri 70 faizdən çoxdur. Bu isə o deməkdir ki, şagirdlərin digər fəaliyyətləri, məsələn, dərs zamanı iştirak və formativ qiymətləndirmə, qiymətləndirmə prosesində kifayət qədər nəzərə alınmır. Belə bir vəziyyət yalnız nəticəyə yönəlmiş qiymətləndirmə mədəniyyətini təşviq edir və təhsil prosesinin əsl mahiyyətini ikinci plana keçirir: " Müəllimlərin iradlarına əsasən, BSQ və KSQ-lərdə qeyri-obyektivlik hallarının baş verməsi problemlərin kökündə dayanır. Köçürmə hallarının qarşısının alınmaması, qiymətləndirmə zamanı texniki nəzarətin zəifliyi və bəzi hallarda valideyn təzyiqləri nəticələrin obyektivliyini azaldır. Bu hallar, yalnız sistemin effektivliyinə deyil, həm də təhsil müəssisələrinə olan ictimai etibara mənfi təsir göstərir".

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri