Icma.az
close
up
RU
Sumqayıt Bakı ekspress qatarı “PAZ” avtobusuna çevrilir?

Sumqayıt Bakı ekspress qatarı “PAZ” avtobusuna çevrilir?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən Ekspress qatarında böyük sıxlıq yaranıb. Sərnişinlər ayaq üstə qalıb və böyük narahatlıq keçirib.

Amma Sumqayıt stansiyasından qatara minəndə dispetçerlər bildirirdi ki “…buyurun, qarşı vaqonda boş yerlər var…” Təsəvvür edin ki, əslində isə boş yerlər dedikləri ayaqüstü yerlər imiş. Bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatıb.

Məlum olub ki, qatarın vaqonlarının sayı xeyli azaldılıb – vaqon sayı da 11-dən 7-yə endirilib. Özü də məhz həftənin əvvəli, bazar ertəsi. İndi də rayonlara gedənlərə görəmi?!

Maraqlıdır ki, buna qədər Express qatarının vaqon sayındakı qeyri-stabillik əsasən cümə günləri və bayramlar öncəsi olurdu. Daha əvvəl Sumqayıt sakinlərinə qarşı bu haqsızlığa rayonlara səfər edənlərin say çoxluğu, yüksək tələbatla haqq qazandırırdılar.
Bəs bu gün – həftənin əvvəli nə baş verdi?

Ümumiyyətlə, nə üçün istədikləri vaxt vaqon sayını azaldıb bölgələrə hərəkət edən qatarlara qoşmalıdırlar?! Məgər Sumqayıtdan Bakıya hərəkət edənlər pulunu ödəyib rahatlıq istəyən sərnişinlər deyil?!

Və nə üçün öncədən birdəfəlik elan edilmir ki, məsələn, ekspress qatarında vaqonlar azalacaq, daha 7 vaqon olacaq, agah olun! Sərnişinlər bunu əvvəldən bilib ya Pirşağı qatarına minmək üçün yeraltı keçid istiqamətində hərəkət etsinlər, yaxud vağzala gəlmə zamanlarını digər reyslərə uyğun planlasınlar.

Problemlər bununla bitmir. Daha betəri isə budur ki, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi daha praktik reyslər olsa da, hazırda onların hər biri tarixin yaddaşına qovuşub. Saat 07:20-dən 08:12-dək olan intervala 2 dənə köhnə tipli vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq olan köhnə tipli Express qatarları fəaliyyət göstərir. Əvvəllər təhlükəsizlik baxımından platforma ilə qatarın ensiz olması səbəbindən arada boşluq olduğu üçün pandus da qoyurdular. Daha bunu da yığışdırdılar. Və artıq bu “expresslər” sıxlığına və narahatlığına görə 90-cı illərdə Sumqayıt-Bakı yolu işləyən “PAZ” avtobuslarını xatırladır. Görəsən, biz keçmişə qayıdırıq, ya inkişaf etmək istəyirik? Bəlkə bu qərarı verənlər nostalji yaşamaq istəyir?

Axı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı var. Bu sərəncamdan irəli gələn böyük işlər və məsuliyyətli fəaliyyətlər gözlənilir. Amma beləmi?!…
Qazancınızı, rentabelli çalışmaq istəklərinizi normal qarşılayırıq, amma insanların rahatlığını da düşünün, cənablar!

Edilən müraciət əsasında qarşı tərəfin də mövqeyi işıqlandırılacaq.

AzPost

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri