Icma.az
close
up
RU
Sumqayıt Bakı xətti: müasir texnikada PAZ avtobus rejimi

Sumqayıt Bakı xətti: müasir texnikada PAZ avtobus rejimi

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Noyabrın əvvəlində Bakı-Sumqayıt marşrutu üzrə 500 saylı avtobus xətti istifadəyə veriləndə çoxları sevindi. Nəhayət, Bakıya ən yaxın şəhərin sakinləri paytaxta komfortlu avtobuslarla gəlib-gedə biləcəklər. 

Avtobusların komfortu və sazlığı baxımından hər şey yaxşıdır. Ayrıca avtobus zolağının olması isə ümumiyyətlə yerinə düşür. Düzdür, bəzi sürücülər 2 maşın qabağa düşmək üçün yol kəsişmələrində zolağa girib hərəkət edirlər. Bu da avtobusların müəyyən qədər  ləngiməsinə səbəb olur. Yəqin məsələnin çarəsi yaxın vaxtlarda tapılacaq.

Amma işin lüzumsuz tərəfi də var. 2 şəhər arasında işləyən avtobuslara sürət məhdudiyyəti tətbiq edilib. Heç bir avtobus saatda 60 kilometrdən yuxarı hərəkət edə bilmir. Halbuki, bu xətdəki avtobusların texniki göstəriciləri 90 km/saat sürətlə təhlükəsiz şəkildə hərəkətə imkan verir. Aşağı sürət həm yolun səmərəsini, həm də avtobusların resursunu azaldır. Mühərrik bu sürətdə 3000 dövr/dəqiqədən yüksək tezliklə işləyir. Sürət artmadığı üçün daha yuxarı ötürməyə keçmək olmur. Nəticədə həm yanacaq sərfiyyatı artır, həm də mühərrikin dağılması sürətlənir. 

Belə olduğu halda, sovetdən qalmış sürət rejimi kimə lazımdır? Avtobuslar üçün magistralda 60 km/saat sürət rejimi Rusiya və onun çətiri altında olan ölkələrdə (Vyetnam, Laos və s.) tətbiq olunur və məqsəd sürücülərdən pul qoparmaqdır. 

Azərbaycanda isə vəziyyət başqadır. Qanunvericilik şəhərlərarası yollarda avtobusların sürəti 90 km/saatadək artırmasına icazə verir. Yəni, PAZ və

LAZ avtobuslar dövrü çoxdan geridə qalıb. 

Bakı-Sumayıt yolunda avtobuslara 70-80 km/saat sürətlə hərəkətə icazə verilsə həm sərnişinlər mənzil başına daha tez çatar, həm yolun buraxıcılığı artar, həm də texnika daha az aşınar.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri