Icma.az
close
up
RU
Sumqayıt Bələdiyyəsi hesabat verdi

Sumqayıt Bələdiyyəsi hesabat verdi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunları ilə bağlı şəhər ictimaiyyətinə hesabat verib.

Yığıncaqda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il gənclik şəhərinin özünüidarəetmə orqanı üçün təkcə görülən işlərlə deyil, eyni zamanda, yeni sistemli fəaliyyətin nəticələri ilə zəngin bir il olub. O qeyd edib ki, illik yekunlara əsasən, Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir. Əvvəlki illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib. Büdcə vəsaitlərinin əsas hissəsi şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilib.

Məruzəçi bildirib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib, ekoloji layihələrə 100 minlərlə manat vəsait yönəldilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında bələdiyyənin fəaliyyətini müsbət qiymətləndirərək əldə olunan nəticələrin planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, icra hakimiyyəti ilə bələdiyyə arasında qurulan sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Burada həyata keçirilən abadlıq, yol infrastrukturu, işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sosial layihələr sakinlərin həyat şəraitini yüksəldir. Torpaq və əmlak münasibətlərinin hüquqi tənzimlənməsi üzrə görülən işlər, inzibati ərazinin genişləndirilməsi, kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu proseslər qanunvericiliyə uyğun olaraq şəffaf aparılır.

Zakir Fərəcov Sumqayıt özünüidarəetmə orqanının ölkə üzrə 74 şəhər bələdiyyəsi arasında 1-ci yerə layiq görülməsini böyük uğur adlandırıb və bu nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin məntiqi nəticəsi olduğunu deyib.

Yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişiyev, Mehriban Vəliyeva və həmçinin digər qonaqlar da çıxış ediblər. Natiqlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”, Sumqayıtın isə “Gənclər Paytaxtı” statusu daşımasının şəhərdə sosial layihələrin əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar. Sumqayıt Bələdiyyəsinin fəaliyyəti müsbət dəyərləndirilib, görülən işlərin davamlı olacağına əminlik ifadə edilib.

Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri