Icma.az
close
up
RU
Sumqayıt bələdiyyəsi genişmiqyaslı iməcilik keçirdi FOTOLAR

Sumqayıt bələdiyyəsi genişmiqyaslı iməcilik keçirdi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Yay ayının gəlişi ilə əlaqədar olaraq, Sumqayıt bələdiyyəsinin nəzdində olan Sumqayıt bələdiyyə parkında yaşıllıqların qorunması, abadlıq və ekoloji tarazlığın möhkəmləndirilməsi məqsədilə genişmiqyaslı iməcilik aksiyası təşkil olunub. 

"Unikal" xəbər verir ki, Sumqayıt bələdiyyəsinin təşəbbüsü, bələdiyyə əməkdaşlarının və Mənzil Kommunal Təsərrüfat Birlikləri əməkdaşlarının fəal iştirakı ilə şəhər parkında bir sıra vacib abadlıq işləri həyata keçirilib. 

Bu tədbir sadəcə mövsümi bir iməcilik deyil, eyni zamanda şəhərimizin ekoloji mühitinə göstərilən davamlı qayğının təzahürü olub. 

Tədbir çərçivəsində görülən əsas işlər:

-Park ərazisindəki ağacların budanması, qurumuş budaqların təmizlənməsi və sanitariya qaydalarına uyğunlaşdırılması;
-Ağacların əhənglənməsi (ağardılması) yolu ilə ziyanvericilərdən qorunması və vizual görünüşün yaxşılaşdırılması;
-Yaşıllıqların sulanması və torpaq qatının yumşaldılması ilə ağaclara əlavə qulluq göstərilməsi;
-Şəhərimizin yaşıllaşdırılmasına töhfə olaraq yeni ağac tinglərinin əkilməsi;
-Park ərazisindəki skamyaların yenidən rənglənməsi, təmir-bərpa işlərinin aparılması;
-Ətrafın tullantılardan təmizlənməsi və sanitariya vəziyyətinin yaxşılaşdırılması.

Bu tip tədbirlər Sumqayıtımızın şəhər mühitini daha sağlam, yaşıl və cəlbedici saxlamaqla yanaşı, sakinlərdə ekoloji məsuliyyət hissini gücləndirir. Həm bələdiyyə, həm də MKTİ birliklərinin əməkdaşlarının əlbir iştirakı, ictimai əməkdaşlığın və ortaq dəyərin – təbiətə qayğının bir nümunəsidir.

Sumqayıt Bələdiyyəsi olaraq, yay ayları ərzində də bu tip ekoloji və abadlıq yönümlü tədbirlərin davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır. Şəhərimizi birlikdə daha gözəl və yaşıl görmək üçün hər bir sakini bu təşəbbüslərə dəstək olmağa dəvət edirik.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see232

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see177

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see167

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see164

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see155

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see134

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri