Icma.az
close
up
RU
“Sumqayıt Dolması” kitabı haqqında qeydlərim ( Yazıçının düşüncələri)

“Sumqayıt Dolması” kitabı haqqında qeydlərim ( Yazıçının düşüncələri)

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sumqayıt Dolması” kitabını əldə edən, onunla yaxından tanış olan bir çox qələm dostlarımız müəllif və kitab haqqında gözəl, dəyərli və geniş fikirlərini yazmış, belə bir kitabın çap olunması münasibəti ilə arzu və təbriklərini qeyd etmişlər. “Yağın çoxluğu plovun dadına xələl gətirməz” atalar məsəlinə əsaslanaraq mən də bu dəyərli kitab haqqında heç harda yazmadığım, heç kimə demədiyim, hətta müəllifə belə söyləmədiyim fikirləri qələmə almaq qərarına gəldim. Təvazökarlıqdan uzaq olsa da, bu mənim həm də “Sumqayıt Dolması” kitabının Baş redaktoru və tərtibçisi kimi şərəfli borcumdur. Və beləliklə...

Bəzən bir kitab yalnız sözlərin düzülüşü, cümlələrin ardıcıllığı deyil, həm də mənəviyyatın, mədəniyyətin və xalqın yaddaşı ilə yoğrulmuş zəngin bir xəzinə olur. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, yazıçı, publisist , həkim Hümbət Həsənoğlunun yeni çapdan çıxmış “Sumqayıt Dolması” kitabı belə zəngin xəzinənin rəflərində yerləşən dəyərli əsərlərin sırasında dayanır.

“EXSPRES” nəşriyyatında yüksək zövqlə tərtib olunmuş, “AZMİR” MMC-nin mətbəəsində nəfis şəkildə çapdan çıxmış bu kitabın səhifələrini çevirdikcə insan yalnız yeməklərin hazırlanma qaydasını öyrənmir; sanki xalqın min illərin sınağından çıxmış zövqünü, məişətini, estetik duyumunu, ən əsası isə mədəni kimliyini görür. Bu kitab sadəcə 120 çeşiddən ibarət olan dolma reseptlərinin toplusu deyil, həm də Azərbaycan mətbəxinin yüksək səviyyəsinin göstəricisidir. Elə bu səbəbdən də mətbəximizin səviyyəsini dünyaya yaymaq və tanıtmaq üçün “Sumqayıt Dolması” kitabı iki dildə çap olunub – azərbaycan və ingilis dillərində.
Dolma - bu sözün özündə bir bütövlük var. Yarpaqla ət bir-birinə sarılır, düyü və ədviyyatla canlanır, sonda sanki hər zərrəsi bir hekayə danışır. Hər bir dolma həm ailə süfrəsinin istiliyini, həm də xalqın tarixində qazanlarda qaynayan yaddaşını xatırladır. Yazıçı Hümbət Həsənoğlunun “Sumqayıt Dolması” kitabı isə bu hekayələri yazılı şəkildə gələcək nəsillərə ötürən bir körpü rolunu oynayır. Oxucu kitabı vərəqlədikcə orada yalnız yeməklərin hazırlanma texnologiyasını deyil, onların ruhunu da tapır.

Əsərin ən gözəl cəhətlərindən biri onun ədəbi nəfəsidir. Adətən kulinariya kitabları quru təsvirlər, ölçülər və qaydalarla məhdudlaşır. Lakin bu kitabda hər resept bir hekayəyə çevrilir. Yarpağın necə seçilməsindən tutmuş, soğanın doğranma qaydasına qədər hər detalın öz incəliyi var. Müəllif dolmanı yalnız bişirilən yemək kimi deyil, həm də mədəniyyətin simvolu kimi təqdim edir. Oxucu sanki qazan ətrafında toplaşmış ailə üzvlərinin səsini, xörəyin qaynayarkən yaydığı qoxunu, süfrə başında deyilən söhbətlərin istiliyini hiss edir.
Kitabın dilində xüsusi bir sadəliklə yanaşı bir təmtəraqda var. Sadəlik ondadır ki, hər bir azərbaycanlı evdar qadın və ya gənc oxucu bu reseptləri izləyərək sərbəst şəkildə özü dolma bişirə bilər. Təmtəraq isə onun ifadə gücündədir - dolma haqqında deyilən hər söz, verilən hər resept, kitabın sonunda təqdim olunan dolma haqqında hekayə, sanki bir ədəbi təlimatdır. Beləliklə, kitab özlüyündə tam olaraq həm praktik, həm də bədii dəyərə malikdir.

Hümbət Həsənoğlunun təbirincə desək, “dolma”nın özündə bir fəlsəfə də var. Yarpaq - təbiətin bəxşişi, ət - zəhmətin bəhrəsi, düyü - torpağın məhsulu, ədviyyatlar isə həyatın rəngləridir. Bütün bunlar bir yerdə bişərkən vahid bir harmoniya yaradır. İnsan həyatı da elə belədir: müxtəlif çalarların, duyğuların, xatirələrin birləşməsindən yaranan bütöv bir tablo. “Sumqayıt Dolması” kitabı bu fəlsəfəni oxucuya sözsüz, amma dad və duyğu vasitəsilə çatdırır.

Mənim üçün müəllifin bu kitabının ən böyük dəyəri onun xalq mətbəxini sənət səviyyəsinə qaldırmasıdır. Burada dolma yalnız yemək deyil - həm də milli kimliyin daşıyıcısıdır. Dolma süfrəyə gələndə insanın qarşısına təkcə bir qida yox, həm də tarixi yaddaş gəlir. Kitabın hər səhifəsi oxucunu bu yaddaşla üz-üzə qoyur, ona keçmişlə bu gün arasında körpü salır.

Kitabın strukturu da diqqətəlayiqdir. Reseptlər ardıcıllıqla təqdim olunur, hər biri sanki ayrı bir fəsil, ayrı bir hekayədir. “Sumqayıt İkiqat yarpaq dolması”, “Sumqayıt Yalançı İkiqat yarpaq dolması, “Sumqayıt Buzlu İkiqat yarpaq dolması”, “Sumqayıt Buzlu Yalançı İkiqat yarpaq dolması” kələmə bükülmüş 10 müxtəlif yarpaqlara məxsus müxtəlif dolma resepti həm kulinariya, həm də etnoqrafik baxımdan dəyər daşıyır. Bu ardıcıllıq oxucuya bir mətbəx səyahəti bəxş edir. Sanki Sumqayıtdan başlayıb Azərbaycanın müxtəlif guşələrinə gedirsən və hər dayanacaqda bir yeni dad, bir yeni ləzzət, bir yeni rəng kəşf edirsən.

Yüksək səviyyəli rəngli foto şəkillərlə zəngin olan “Sumqayıt Dolması” kitabının oxucuya ötürdüyü əsas mesajı belə ifadə etmək olar: mədəniyyət süfrədən başlayır. Süfrə sadəcə qidalanmaq üçün deyil, həm də mehribançılığı, sevgini, paylaşma kimi gözəl bir adət-ənənəni yaşatmaq üçündür. Müəllif demişkən, “Dolma birlik rəmzidir”. Onu bişirən də, yeyən də eyni mədəniyyətin daşıyıcısı olur. Bu mənada “Sumqayıt Dolması” təkcə yemək kitabı deyil, həm də bir həyat fəlsəfəsi kitabıdır.

Nəticə olaraq, yazıçı Hümbət Həsənoğlunun “Sumqayıt Dolması” kitabı mənim təəssüratıma görə, ədəbiyyatla kulinariyanı birləşdirən nadir nümunələrdəndir. O, oxucunu həm öyrədir, həm də düşündürür; həm dilini dadlandırır, həm də ruhunu isidir. Bu kitabı oxumaq bir süfrə başında oturmaq kimidir - qaynayan qazanların qoxusu, paylaşan insanların səsi, milli yaddaşın istiliyi bir araya gəlir.

Əslində, yazıçı Hümbət Həsənoğlunun “Sumqayıt Dolması” kitabının əsas qayəsi də elə budur: oxucunu milli kimliyi ilə qidalandırmaq!

Arif ƏRŞAD,
yazıçı-publisist,
Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliklərinin üzvü,
Prezident mükafatçısı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri