Icma.az
close
up
RU
Sumqayıt erməni məkrinin günahsız ünvanı

Sumqayıt erməni məkrinin günahsız ünvanı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

(2019-cu il noyabr ayının 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki nitqindən)

Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi və dünyanın 19 şəhəri ilə qardaşlıq əlaqələri olan Sumqayıtda 1988-ci ildə törədilən hadisələr o zaman aydın səmada şimşək kimi çaxdı. Bura Kremldə hazırlanan ssenari əsasında erməni sakinlərinin qətlinə səbəb olan qanlı aksiyaların ünvanı kimi göstərildi. Əslində, bu, ağ yalan idi, çünki hadisələr Qərbi Azərbaycandakı soydaşlarımızı oradan qovmaq, qondarma DQMV-ni Azərbaycandan ayırıb Ermənistana qatmaq niyyəti ilə elə onların öz əlləri ilə törədilmişdi.

SSRİ paytaxtındakı havadarlarına güvənən daşnaklar qəsdən antierməni iğtişaşları törətdikdən sonra “Sumqayıtda erməni genosidi!” deyə bağıraraq, bu şəhəri və bütövlükdə Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar və ardınca da məsələ qaldırdılar ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təhlükəlidir, onu Ermənistana birləşdirmək lazımdır. Elə bu həyasız hay-küyün davamı olaraq, çox keçmədən Ermənistandan azərbaycanlıların mütəşəkkil surətdə, silah gücünə qovulmasına start verildi. 1988-ci il noyabr ayının 28-dən dekabrın 7-dək erməni separatçıları və millətçiləri basqın edib azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinin sakinlərini kütləvi şəkildə ata-baba yurdlarından çıxartdılar. Həmin günlərdə 217 nəfər azərbaycanlı öldürüldü. Kənd rayonları arasında Quqark və Vardenis (Basarkeçər), şəhərlər arasında isə Masis (Zəngibasar) bölgəsində daha çox azərbaycanlı qətlə yetirildi. Sonrakı mərhələdə isə Dağlıq Qarabağ münaqişəsi alovlandırıldı, muxtar vilayətə daxil olan 5 və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğala məruz qaldı, 1 milyon soydaşımız dogma yurd-yuvasından qaçqın düşdü.

O zaman Ulu öndər Heydər Əliyev Moskvada tutduğu vəzifələrdən istefa vermişdi. Azərbaycana rəhbərlik edənlər isə mərkəzin müti qulları kimi davranır, haqq səsimizi heç hara çatdıra bilmirdilər. Millətlərarası ədavəti qızışdırmaq, xaos yaratmaq keçmiş SSRİ-də “yenidənqurma” siyasəti elan etmiş Mixail Qorbaçovun “islahat”larının tərkib hissəsi idi. Onu əhatə edən ermənilər və ermənipərəst qüvvələr milli məsələlərdə rəhbərə müxtəlif məsləhətlər verir, Ermənistanın xeyrinə ola biləcək problemlərin həllini önə çəkirdilər. Məlumdur ki, akademik Aqanbekyanlar Dağlıq Qarabağ məsələsini qaldıran zaman Qorbaçov onlara hər cür köməklik göstərəcəyini vəd eləmişdi.

Ermənilərin torpaq iddialarının dalğasında törədilmiş Sumqayıt hadisələri mahiyyətcə SSRİ-nin süqutu proseslərinin ilk həlqəsi oldu. Sonra Fərqanədə, Vilnüsdə, Tbilisidə, Novı Uzendə bir-bir növbəti həlqələr də qırılmağa başladı və böyük bir ölkənin tarixi çöküşü sürətləndi. Əgər Dağlıq Qarabağ təxribatı – süni yolla yaradılan bu ocaq Moskva tərəfindən vaxtında söndürülsəydi, sonrakı proseslər və münaqişələr də olmazdı. Sumqayıt olayları isə, göründüyü kimi, Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək ilkin vasitələrdən biri idi.

Artıq sübut olunub ki, həmin ssenari SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin başbilənləri ermənilərin özləri ilə birgə cızılmış və həyata keçirilmişdir. Mərhum siyasətçi Vladimir Jirinovski SSRİ-nin çökməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk növbədə, Mixail Qorbaçovu müqəssir sayaraq bildirmişdi ki, o, ABŞ-ın casusudur. Jirinovski açıq şəkildə demişdi: “Sumqayıt faciəsində Qorbaçovla yanaşı, keçmiş SSRİ DTK-sı, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır. Ermənistan isə böyük bir oyunda alət olduğunu dərk edir, lakin büruzə vermək istəmir. Çünki torpaq iddiasındadır”.

Hadisələrin canlı şahidi kimi deyə bilərəm ki, hələ bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremisti Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər. Lenin meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar. Əhali arasında təbliğatla kifayətlənməyən emissarlar pul paylamaqla səbatsız gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşdular. Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin bəzi başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü.

Təxribat planının reallaşması nəticəsində 3 gündə Sumqayıtda ümumən 32 nəfər, o cümlədən 26 erməni öldürüldü, 400-dən çox insan xəsarət aldı, 200-dən artıq mənzil talan edildi, 50-dən çox mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil yandırıldı, bir sözlə, şəhərə o vaxtın qiymətləri ilə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vuruldu...

Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları uzun müddət mətbuatdan gizli saxlanılıb. “Əsər”in baş qəhrəmanı seçilmiş şəxsin adını isə ört-basdır etmək alınmayıb. O, iki dəfə məhkum olunmuş “Paşa” ləqəbli erməni Eduard Qriqoryan idi. Hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədovun güllənməsinə baxmayaraq, təkzibedilməz faktlar və şahid ifadələri əsl “kapitan”ın məhz Qriqoryan olduğunu göstərib.

“Krunk” cəmiyyətinin fəal üzvlərindən olan, cinayətə meyilli Paşanın gözünü qan örtmüşdü, bu ədabaz gizlində özünü millətinin qəhrəmanı sayırdı. Hadisələrdən öncə təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlibmiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Qanlı aksiyalarda isə özü şəxsi “nümunə” göstərərək 6 ermənini öldürdü, bir neçə erməni qızını zorladı. Cinayətkar qruplar onun dirijorluğu ilə hərəkət edirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə “Krunk”a haqq ödəməyən ermənilərin mənzilləri idi.

O vaxt zərərçəkmiş Sumqayıt sakini L.Mejlumyan bildirmişdi: “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbələr endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.

Sonralar Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyan da məkrli planı aşkar etiraf etmişdi: “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi”. – Bu sözlər də sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım idi.

SSRİ Ali Məhkəməsinin 15 noyabr 1988-ci ildə keçirilmiş məhkəmə iclasında SSRİ Baş Prokurorunun köməkçisi Kozlovskinin söylədikləri də maraqlıdır: “Talanlara çoxlu keçmiş məhbus cəlb edilmişdi. İştirakçılar arasında ruslar, ləzgilər, ermənilər də var idi”.

Bu isə İsveçdə yaşayan erməni siyasi xadim və yazıçı Vaqe Avetyanın etirafıdır: “Həmin dövrdə yaşanan hadisələri azərbaycanlılar deyil, SSRİ rəhbərliyi ermənilərin köməyilə həyata keçirib. Ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır”.

Onu da xatırladaq ki, məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan – Paşa cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb...

Ermənistan rəhbərləri və xaricdəki erməni icması bu gün də Sumqayıt hadisələrindən məqsədləri üçün gərəkli bir kart kimi istifadə edir, azərbaycanlıları qaniçən bir millət obrazında dünya ictimaiyyətinə təqdim etmək istəyirlər. Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı 27 fevral 2025-ci il tarixli bəyanatı bu saxtalaşdırmaya bariz misaldır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində bildirib: “Bu bəyanat 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdləridir. Ermənistan XİN-nə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi...”

Şərhin sonunda bildirilir ki, Ermənistan tərəfi guya ermənilərə qarşı 2023-cü ildə “etnik təmizləmə” siyasəti həyata keçirildiyi barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri