Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

TALEH İSMAYILOV Sumqayıt təxribatının günahsız qurbanı

TALEH İSMAYILOV Sumqayıt təxribatının günahsız qurbanı

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

XX əsrin 80-90-cı illərində əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağın Ermənistana verilməsi kimi bir bədnam planının mövcudluğu artıq hər kəsə məlum idi. Bu bədnam planın həyata keçirilməsində mühüm başlanğıc nöqtələrindən biri 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələri oldu. SSRİ-nin xüsusi xidmət orqanlarının planlaşdırdığı və təxribatçı erməni qrupları tərəfindən icra edilən bu hadisələr etnik münaqişənin qızışdırılmasına xidmət edirdi. Məqsəd Azərbaycan və erməni xalqlarının birgə yaşayışının qeyri-mümkünlüyünü “sübut” edərək, Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyasına və eyni zamanda Qarabağın Ermənistana birləşdirilməsinə zəmin yaratmaq idi. Keçmiş SSRİ rəhbərliyinin, özəlliklə Mixail Qorbaçovun bu planın içində və başında olduğu inkarolunmazdır. Sumqayıt hadisələrinin təşkilində məqsədlərdən biri də azərbaycanlıların zorakı və qəddar obrazını formalaşdıraraq, dünya ictimaiyyətində Ermənistanın iddialarına haqq qazandırmaq idi. Lakin təxribat nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşları uzun müddət diqqətdən kənarda saxlanıldı və hadisələrin mahiyyəti qəsdən təhrif edildi. Bu hadisələr zamanı günahsız qurbanlardan biri də Əhməd Əhmədov idi. Onun ailəsi qonşuluqda yaşayan erməni qadınını üç gün evlərində qoruyaraq təxribata düşməməsi üçün sığınacaq vermişdi. Lakin nəticədə, məhz bu ailə təxribatın qurbanına çevrildi.

Belə günahsız qurbanlardan biri də 21 yaşlı Taleh İsmayılov oldu. Sumqayıt məhkəməsinin hökmü ilə heç bir əsas olmadan 15 il azadlıqdan məhrum edilən bu gənc, totalitar bir rejimin qərəzli və siyasi motivli qərarlarının qurbanı idi. Taleh İsmayılov kim idi? Taleh Saleh oğlu İsmayılov 14 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Saleh Şəkər oğlu İsmayılov və anası Çimnaz Miri qızı Abbasova əslən Lerik rayonunun Çayrut kəndindəndirlər. Ailə 1955-ci ildə Sumqayıta köçmüş və burada məskunlaşmışdır. Onların bu evlilikdən 8 övladı dünyaya gəlib. Taleh İsmayılov Sumqayıtda 14 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 49 saylı Texniki Peşə Məktəbində təmirçi-çilingər ixtisası üzrə təhsil alıb. Daha sonra SSRİ Silahlı Qüvvələrində hərbi xidmətini başa vuraraq Sumqayıta qayıdıb və uşaq yaşlarından məşğul olduğu cüdo idman növü ilə yenidən məşğul olmağa başlayıb. Hadisələrə Taleh İsmayılovun qardaşı İsrafil İsmayılov işıq salır: “1988-ci il fevral-mart ayları həm xalqımız, həm də bizim ailəmiz üçün çox ağır dövr idi. O vaxt Sumqayıtda mitinqlər keçirilirdi. Taleh də bu mitinqlərdə iştirak edirdi, lakin bu, onun Sumqayıt hadisələri ilə əlaqəli olması demək deyildi. Fevralın sonlarında baş verən təxribatdan bir neçə gün sonra, 8 martda Taleh həbs edildi. 11 mart tarixinə qədər onun harada saxlandığı barədə heç bir məlumat ala bilmədik. 3 gündən sonra evimizə zəng vurub dedilər ki, Taleh Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təcridxanasındadır.

Bu üç gün ərzində qardaşıma o qədər işgəncə vermişdilər ki, o, etmədiyi cinayəti boynuna almağa məcbur olmuşdu. Lakin məhkəmədə Taleh açıq şəkildə bildirdi ki, onun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.” Məhkəmə zamanı, öncədən hazırlanmış bir erməni qadın Talehin üzünə duraraq, guya onun ərini öldürdüyünü iddia etdi. Lakin Talehin sadə sualı qarşısında qadın tərəddüd etdi: “Mənim sənin ərini öldürdüyümü harada görmüsən?” Qadın isə sövq-təbii cavab verdi: “Xeyr, görməmişəm.” Bütün bu ziddiyyətlərə və iddiaların sübutsuzluğuna baxmayaraq, məhkəmə Taleh İsmayılovu 15 il müddətinə azadlıqdan məhrum etdi. Öncə cəzasının beş ilini Şuşa həbsxanasında, 10 ilini isə Bakıda çəkməsi nəzərdə tutulsa da, sonradan o, Gürcüstana göndərildi. Atası Saleh İsmayılov SSRİ və Azərbaycan rəhbərliyinə, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edərək oğlunun Azərbaycana ekstradisiya olunmasına çalışsa da, bu tələblər nəticəsiz qaldı. Taleh İsmayılov Gürcüstanda iki il həbs həyatı yaşadı. Həbs zamanı aldığı ağır xəsarətlərin nəticəsində, 9 sentyabr 1990-cı ildə Tiflis şəhərində yerləşən cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi. Onun nəşi Azərbaycana gətirildi və Sumqayıtda, Corat qəbiristanlığında dəfn edildi.

Azərbaycan dövləti Sumqayıt hadisələrinin obyektiv araşdırılması və bu təxribatın əsl mahiyyətinin ortaya çıxarılması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda Sumqayıt təxribatı ilə bağlı başlanmış cinayət işinin istintaqı yenidən aparılır və hazırda istintaq davam edir.

Səməd VƏKİLOV

Araşdırmaçı-hüquqşünas

Fotolar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri