Icma.az
close
up
RU
“Sumqayıt” FK mövsümdə yaxşı siftə elədi Premyer Liqanın yeni komandalarının debüt həftəsi olub

“Sumqayıt” FK mövsümdə yaxşı siftə elədi Premyer Liqanın yeni komandalarının debüt həftəsi olub

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 15-dən etibarən Futbol üzrə Premyer liqanın (PL) yeni mövsümü başlayıb.

Mia.az xəbər verir ki, 2025-26-cı mövsüm üzrə Premyer liqa komandalarının sayı artıb. 

Başa çatan mövsümdə 9 komanda PL-də mübarizə aparırdı və regionlarda futbolun inkişafına dəstək üçün klubların sayının artırılmasını planlaşdıran AFFA-nın qərarı ilə daha 3 region komandası - “İmişli”, “Qəbələ” və “Karvan” Futbol Klubları (FK) Premyer Liqada mübarizəyə qoşulub.

Ümumiyyətlə, AFFA-nın lisenziya komissiyası mayın 8-də keçirilən iclasda Premyer Liqanın 2025/2026 mövsümünün yarışlarında iştirak etmək üçün “Baku Sportinq”, “Difai”, “İmişli”, “Karvan”, “Kəpəz”, “Qəbələ”, “Səbail” və “Şamaxı” klublarına lisenziya verilmişdi. 

Qeyd edək, 2025/2026 mövsümü PL-in sayca 34-cü mövsümüdü. 

Bu mövsüm həm PL klublarının artırılması ilə yadda qalır, həm də legioner limitinin ləğvi ilə. Hələ ötən mövsümün sonunda AFFA-nın verdiyi bu qərar artıq qüvvəyə minir və bundan sonra öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Həmçinin heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən ayrılır. 

Yeri gəlmişkən, 2025/2026 mövsümündə PL-də 11-ci yeri tutan komanda ilə I Liqada 2-ci pillədə qərarlaşan klub arasında neytral meydanda bir oyunluq pley-off qarşılaşması olacaq. Qalib komanda növbəti mövsümdə PL-də çıxış etmək hüququ qazanacaq. Sonuncu yeri tutan klub I Liqaya düşəcək, aşağı dəstənin çempionu isə birbaşa Premyer Liqaya vəsiqə əldə edəcək.

Artıq birinci turun oyunları keçirilib. 

Mövsümün açılışı, turun ilk oyunu Şamaxıda keçirilib. Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi oyunu meydanda izləyib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi “Karvan-Yevlax” və “Qəbələ” qarşılaşmasında PL-in mövsümünün ilk qolunu ikinci hissənin əvvəlində “Qəbələ”nin oyunçusu Domi Massumo vuraraq adını mövsümün ilk qolunun müəllifi kimi yaddaşa salıb. 

Oyunun sonunda isə mövsümün ilk avtoqolu vurulub və hesab 1:1 hesabıyla başa çatıb. 

Maraqlıdı ki, bu oyun mövsümün ilk turu və ilk oyununda iştirak edən və əsası 2022-ci ildə qoyulan “Karvan-Yevlax”ın Premyer Liqada ilk debüt oyunu idi. Hər iki komanda ilk dəfə üz-üzə gəlib.

Yeri gəlmişkən, PL-də debüt edən digər region komandası “İmişli” də ilk turda ev oyununu Şamaxıda, “Turan-Tovuz”la keçirib və Premyer Liqada ilk dəfə qarşılaşıblar. 2022-ci ildə yaradılan “İmişli” klubu ilk oyununu 1 qol fərqi ilə uduzub. Onu da qeyd edək ki, ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin (OİK) stadionunda aparacaq “İmişli”, stadiondakı çatışmazlıqlar üzündən ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirir.

Qeyd edək ki, avqustun 17-nə təyin olunan “Sabah”- “Qarabağ” oyunu ikincinin səfərdə Avroliqa pley-off mərhələsi oyunu ərəfəsinə düşdüyü üçün, beynəlxalq oyun qaydalarına əsasən, rəsmi görüşlər arasında minimum 48 saat vaxtın qorunmasına görə təxirə salınıb. Bu barədə əlavə məlumat veriləcək.

Birinci turda “Neftçi” öz meydanında “Şamaxı” ilə 1:1 hesabına razılaşıblar. Maraqlı sonluq “Sumqayıt” – “Kəpəz” arasında dünən baş verib: Kimyaçılar qonaqlara 3 cavabsız qol vuraraq hələ ki, birinci turun ən yüksək nəticəsini göstəriblər. Sonuncu dəfə Vaqif Cavadovu əvəz edərək kimyaçılara baş məşqçi təyin edilən Saşa İliçin hazırladığı “Sumqayıt” çox yaxşı görünsə də, baş məşqçi bir sıra nöqsanların olduğunu dilə gətirərək, bu səhvlərin müzakirə ediləcəyini vurğulayıb. Baş məşqçi əlavə edib ki,  bu səhvlərlə “Qarabağ”ın qarşısına çıxa bilməzlər.

Yeri gəlmişkən, növbəti turda kimyaçılar Ağdam klubu ilə qarşılaşacaq. 

Məlumat üçün qeyd edək ki, əslən Şimali Makedoniyadan olan, milliyyətcə serb, 47 yaşlı Saşa İliç əvvəllər “Partizan”, “Qalatasaray” da oynayıb. 2014-cü ildə karyerasını başa vuraraq 2019-cu ildən məşqçiliyə başlayıb. O, bir illik müqaviləylə “Sumqayıt”a bu ilin iyul ayında gətirilib. O da maraqlıdı ki, turun ilk oyununda böyük hesablı qələbəni qeyd edən kimyaçılar ötən mövsümdə də “Kəpəz”lə qarşılaşmalarda bölgə futbolunun nümayəndəsini böyük hesablı məğlubiyyətlərə məruz qoyub. 

İlk turun maraqlı oyunlarından biri də avqustun 18-də keçiriləcək “Zirə” - “Araz-Naxçıvan” oyunudu. Hər iki klub ötən mövsümdə çox balanslı oynayıb və aralarında böyük hesab olmayıb. Cəmi bir dəfə “Zirə” “Araz-Naxçıvan”a 3 cavabsız qol vurub.

Bu ilki mövsümə yeni komandaların qoşulması xoş qarşılansa da, ev oyunlarının keçirildiyi bölgələrdə süni ot ortüyü problemi aktual olaraq qalır və klublar dəfələrlə vəziyyətdən narazılıq ifadə edib. Sonuncu dəfə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov demişdi ki, Premyer Liqaya iddia edən klublar öz meydançalarını da PL tələblərinə uyğunlaşdırmalıdı. 

Klubların yeni mövsümdə büdcələri də maraq doğurur. Bu ilin aprelində AFFA-nın Hesabat yığıncağında Premyer Liqada oynayacaq klublar üçün ayrılan vəsait açıqlanıb. Hər il yeni mövsümdə olduğu kimi, bu ildə də klublara ümumi olaraq 30 milyon manat ayrılıb. Bu məbləğ 12 komanda arasında bölüşdürüldükdə, hər komandaya 2,5 milyon manat təşkil edir. Klub sayı az olanda bu vəsait 3 milyon manat idi.

Bəzi varlı klublar üçün, məsələn, “Qarabağ” üçün 500 min manatın kəsilməsinin prinsipial əhəmiyyəti yoxdu. Amma “Şamaxı” kimi, illik büdcəsini məhz bu vəsaitin üzərində quran klub üçün 500 minlik ümidin kəsilməsi deməkdi. 

Yeri gəlmişkən, keçən il açıqlanan büdcə cədvəlinə görə, PL klublarının sıralamasına “Qarabağ” rəhbərlik edir. 34 milyon 753 min manatla Ağdam klubu siyahıda birinci yerdədi.

“Qarabağ” – 34 milyon 753 min manat

“Neftçi” – 28 milyon 250 min

“Sabah” – 26 milyon, 953 min manat

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min manat

“Səbail” – 7 milyon 799 min manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min manat

“Turan Tovuz” – 6 milyon 145 min manat

“Kəpəz” – 3 milyon 711 min manat

“Şamaxı” – 3 milyon manat.

Avqust ayının 22-dən 2-ci turun oyunları başlayır. 6 oyundan 4-ü region stadionlarında keçiriləcək.

Zülfiyyə Mustafayeva
Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri