Sumqayıt ın baş məşqçisi: Belə istəkli oynasaq, pley offa çıxacağıq
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Məğlubiyyətə baxmayaraq, uşaqlar yaxşı oynadılar. Sadəcə sonluqda bəxtimiz gətirmədi".
İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Liqası çərçivəsində "Gəncə" ilə görüşdən (92:94) sonra "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşin klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ən vacib məqamlarda atışların dəqiq olmadığını bildirib: "İstənilən halda, əsas məqsədimiz müntəzəm çempionatı zədəsiz başa vurmaq idi. Çünki sərəncamımda cəmi 4 legioner oyunçu var. Zayon Yanq zədəsini yeni sağaldıb, reabilitasiya mərhələsini başa vurub. Ona görə də uşaqlardan qeyri-adi nəsə tələb edə bilməzdim. Hamısı yaxşı oynadı. Sadəcə bir-iki səhv nəticəyə mənfi təsir göstərdi. Mövsümün son matçlarında sərgilədiyimiz oyun pley-ində nikbinliyə əsas verir. Belə istəkli oynasaq, məncə, pley-offa çıxacağıq".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















