Icma.az
close
up
RU
“Sumqayıt”ın məşqçisi: “Belə şeylərə görə xallar itiririk”

“Sumqayıt”ın məşqçisi: “Belə şeylərə görə xallar itiririk”

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sumqayıt" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə uduzub.

xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bu gün təəssüf ki, oyun barədə danışmaq istəmirəm. Əslində hakimdən danışmalıyam. Rəqibi təbrik edirəm. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə "Sumqayıt"ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə... Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.

- İkinci penaltidən əvvəl müdafiəçilərin səhvi oldu. Bunu nə ilə əlaqələndirirsiz? 
- İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə "Sumqayıt"a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.

- Rüstəm Əhmədzadə əvəzləynən zaman çox əsəbi idi və birbaşa paltardəyişmə otağına getdi. Onu cəza gözləyir? 
- Peşəkar futbolçu əslində sevinməlidir ki, oynayır. Futbol fərdi idman növü deyil. Komanda üçün hər şey etməlisən.

- Oyunun hakimi əslən gəncəlidir. Sizcə, bu, normaldır? 
- Bu, gülməlidir. Məncə, haqsızlıqdır. "Kəpəz"i təbrik edirəm. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər.

- Təyinatlar açıqlananda baxırsız? VAR hakimi də təcrübəsindir... 
- Əslində təhlil etmirəm. Mənim əsas işim oyunçularla bağlıdır. Ola bilər ki, "Qəbələ" ilə oyunumuzun hakimlərindən hansısa bu klubun futbolçusu olub. Bunun bizim üçün fərqi yoxdur.

“Qarabağ” çempionluğu necə əldən verdi? - Titulsuz mövsümün 7 səbəbi Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında "Qarabağ" azarkeşlərinə görə ZİYANA DÜŞDÜ AFFA İntizam Komitəsinin iclası keçirilib "Qarabağ"dan "Sabah"a TƏBRİK
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://apasport.az
archiveBu xəbər 02 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri