Sumqayıt ın baş məşqçisi: Hər iki komanda dinamik futbol sərgilədi
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hər iki tərəf dinamik futbol sərgilədi.
"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"a qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.
O, heç-heçə başa çatan görüş barədə danışıb:
"Bu gün yaxşı oyuna şahidlik etdik. Hər iki tərəf dinamik futbol sərgilədi. Rəqib də biz də qalib gəlməyə çalışırdıq. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Cütün taleyi növbəti oyuna qaldı. Komandama göstərdikləri oyuna görə təşəkkür edirəm. 4 gün sonra Premyer Liqa oyunumuz var. Hazırlıqlarımızı davam etdirəcəyik".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" "Sumqayıt"la qolsuz bərabərə qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Fevral 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















