Icma.az
close
up
RU
Sumqayıt ın legioneri Zirə ilə matç haqda: Matçın əhəmiyyətini dərk edirik MÜSAHİBƏ

Sumqayıt ın legioneri Zirə ilə matç haqda: Matçın əhəmiyyətini dərk edirik MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sumqayıt"ın legioneri Ronaldo Vaskes Sportal.az saytına müsahibə verib.

- “Karvan-Yevlax”la görüşdə qalib gəldiniz. Bu görüş sizin üçün asan keçdi?

- Turnir cədvəlində yüksəlməyə davam etmək üçün bu görüşdə vacib üç xal qazandıq. Qol imkanlarımızdan tam istifadə etmədiyimiz, amma qələbəni təmin edə bildiyimiz bir matç idi. Epizodlarımız çox oldu.

- İlk hissədə çoxlu qol şansınız oldu, ikisini vurdunuz. Amma fasilədən sonra qol vura bilmədiniz. Niyə epizodlardan lazımınca yararlana bilmirsiz?

- Mənim üçün vacib olan 3 xal qazanmaqdır. Düzdür, mənim daha bir qol vurmaq şansım var idi və bundan tam istifadə edə bilmədim. Amma qələbədən və yaxşı oyundan məmnunam.

- Komandanın bu mövsümkü oyununu necə qiymətləndirirsən? Saşa İliç gələndən bəri daha yaxşı oynamağa başlamısız?

- Biz çox yaxşı işləyirik. Mövsümün qalan hissəsinə də hazırlaşırıq. Turnir cədvəlindəki mövqeyimizi və necə məşq etdiyimizi nəzərə alsaq, bəli, daha yaxşı olduğumuzu deyə bilərəm.

- "Karvan-Yevlax"la görüşdə qollardan birini sən vurdun, amma başqa qol imkanların da oldu. Öz performansından razı qaldın?

- Özümə qarşı bir az tələbkar olmağa çalışıram. Qol və məhsuldar ötürmə etdiyim yaxşı oyun alındı. Ancaq həmişə daha çoxunu istəyirəm. Bu matçda əldən verilmiş fürsətlər bir təcrübə olacaq. Əsas odur ki, 3 xal qazandıq.

- "Sumqayıt"ın avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı şansı var. Mövsümün sonunda bunu reallaşdıra biləcəksiz?

- Bu, bizim məqsədlərimizdən biridir və biz buna doğru irəliləmək üçün çalışırıq. Bunu etmək üçün potensialımız və yaxşı komandamız var.

- “Sumqayıt" ölkə kubokunda növbəti oyununu "Zirə"yə qarşı keçirəcək. "Zirə"ni məğlub etmək şansınızı necə qiymətləndirirsən?

- Bu matçın əhəmiyyətini dərk edirik. Qələbənin "Sumqayıt"da qalması üçün əlimizdən gələni edəcəyik. Amma ağır oyun olacağını dəqiq bilirik.

- Premyer Liqada növbəti oyununuz da “Zirə”yə qarşıdır. Bu, sizə maraqlı gəlir? Bunun müsbət və mənfi tərəfləri var?

- Bəli, maraqlıdır. Amma bəzən belə də olur. Azərbaycanda bu cür olur. 

- Artıq bir ildir ki, "Sumqayıt"da oynayırsan. Azərbaycanda keçirdiyiniz vaxt necə keçdi, burada xoşbəxtsən? "Sumqayıt"la yeni müqavilə imzalayacaqsan? 

- Azərbaycanda keçirdiyim vaxtdan çox məmnunam. Mənə çox yaxşı münasibət göstərdilər və mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Müqaviləm başa çatmaq üzrədir, amma komandanın turnir cədvəlinin zirvəsində yer alması üçün mümkün qədər çox çalışmağa davam etməyə diqqət yetirirəm.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri