Icma.az
close
up
RU
Sumqayıt ın legioneri: Qarabağ a qalib gəlmək vacib idi MÜSAHİBƏ

Sumqayıt ın legioneri: Qarabağ a qalib gəlmək vacib idi MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Sumqayıt"ın hücumçusu Ronaldo Vaskez Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt” 8-ci turda “Karvan-Yevlax” üzərində inamlı qələbə qazandı. Əslində, bu qələbə çoxları üçün sürpriz deyildi. Bəs, özünüz üçün necə?

Turnir cədvəlinə xal əlavə etmək baxımından hər qələbə vacibdir. Komanda bu görüşdə çox yaxşı idi. Ümid edirik ki, eyni ruhda da davam edəcəyik.

- Demək olar ki, bu mövsüm qarşılaşdığınız ən zəif rəqib “Karvan-Yevlax" idi?

İlk hissədə onlar bunu göstərmədilər. İkinci hissədə zonalar tapdıq və oyunu bitirə bildik. 

- Komanda bir müddət əvvəl lider idi.  Amma hazırda 5-ci pillədəsiniz. Səncə, nəyə görə belə oldu? 

Turnir cədvəlində yuxarı pillələrə yüksəlmək üçün zəif tərəflərimiz üzərində işləməyə davam etməliyik. “Karvan-Yevlax”a qarşı evdə qazanılan bu qələbə komandaya xal toplamaqda böyük ruh verir.

- İkinci turdan sonra isə “Sumqayıt” qalibiyyət əldə edə bilmirdi. Yalnız “İmişli”yə texniki qələbə ilə qalib gəlmişdiniz. Ola bilər ki, “Qarabağ” üzərindəki qələbə sizi eyforiyaya salmışdı?

"Qarabağ"a qalib gəlmək vacib idi. Amma məncə, özümüzə daha çox diqqət yetirməli və hər matçda artırmalıyıq. Biz yalnız irəliyə baxırıq. 

- Ümumiyyətlə, necə düşünürsən “Sumqayıt” avrokuboklara vəsiqə qazana biləcək? Komanda bu mövsüm daha da güclü görünür?

Avrokuboklara getmək istəyirik və bunun üçün çox çalışırıq. Bunun asan olmayacağını bilirik. Amma mümkünsüz də deyil. Biz buna nail ola bilərik.

- Növbəti turda rəqibiniz “Zirə”dir. Bu matçda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? “Zirə” son turda “Sabah”a uduzdu...

Bu matça ən yaxşı şəkildə hazırlaşırıq. Onların çətin rəqib olduğunu bilirik. Lakin rəqibə hücumda çox zərər verə bilərik.

- Artıq 2024-cü ildən “Sumqayıt”da oynayırsan. Maraqlıdır, Azərbaycanın fərqli klublarından təkliflər almısan heç, yoxsa gələcəyini “Sumqayıt”da düşünürsən?

Bütün diqqətimi bu mövsümə yönəltmişəm. Hazırda “Sumqayıt”ın futbolçusuyam və komandanın daha yaxşı mövqeyə çıxması üçün əlimdən gələni edəcəyəm.

- Dominikan Respublikası millisinə dəvət edilirdi. Komanda öz qrupunda 3-cü pillədədir. Yəqin ki, siz də dünya çempionatına çıxmaq üçün oynayırdınız. Səncə, bunu reallaşdıra biləcəksən gələcəkdə? Dominikan Respublikası millisini Azərbaycan yığmasından güclü hesab edirsən?

Dominikan Respublikası milli komandasının çox yaxşı oyunçuları var. Biz bir ailəyik, bu, hər şeyi asanlaşdırır. Biz futbolda yüksəlişdə olan ölkəyik və öz ölkəmi Azərbaycanda təmsil etməkdən çox qürur duyuram. Deməzdim ki, biz Azərbaycandan daha yaxşı və ya pisik, amma biz Avropanın mühüm liqalarında oyunçuları olan bir komandayıq. Ölkəmin millisində dünya çempionatına vəsiqə qazanmaq mənim üçün arzu olardı.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri