Icma.az
close
up
RU
Sumqayıt Kimya Sənaye Parkının dünya bazarına çıxışı genişlənir

Sumqayıt Kimya Sənaye Parkının dünya bazarına çıxışı genişlənir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəviləri zavodunun açılışında iştirak edərkən, dövlətimizin başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə ətraflı məlumat verilib və hazırda respublikamızda 9 sənaye parkı və 4 sənaye məhəlləsinin fəaliyyət göstərdiyi bildirilib. Eyni zamanda, sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcminin 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verildiyi qeyd edilib.

Bildirilib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.

Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı müvafiq fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı da ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olarkən iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək parkın rezidentləri tərəfindən ümumilikdə, təxminən, 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da, təqribən, 5 milyard manatlıq hissəsi ixracın payına düşüb.

Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

2025-ci ildə Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sədrinin müavini Emil Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aprelin 30-da Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı sahələrinin fəaliyyətə başlaması ilə buradakı müəssisələrin sayı 26-ya, ölkənin sənaye zonaları üzrə isə 88-ə çatıb.

Yeni müəssisələrin fəaliyyətə başlamasının ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcəyini diqqətə çatdıran sədr müavini deyib ki, sözügedən istehsal sahələri ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə, eləcə də əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək. “Fəaliyyətə başlayan bu iki müəssisənin, ümumilikdə, investisiya kapitalı 44 milyon manatdan çoxdur, ilk mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200-yə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavə olaraq eyni sayda vətəndaş burada iş imkanı əldə edəcək”, – deyə o əlavə edib.

İZİA rəsmisinin sözlərinə görə, ilkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən isə Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.

O deyib ki, il ərzində Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq yeni müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

E.Hacıyev cari ilin birinci rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisinin 13,5 faiz olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ərazisi 613 hektardan çox olan Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ən böyük sənaye parkıdır. İnvestisiya portfeli 6 milyard manatı ötən parkda 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 min 200-dən çox insan daimi işlə təmin olunub. Sədr müavininin sözlərinə görə, burada icra olunacaq layihələr üzrə növbəti mərhələdə əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 min 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, fəaliyyətə başladığı vaxtdan indiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən, ümumilikdə, 13 milyard 88 milyon manatlıq satış həyata keçirilib ki, bunun da 4 milyard 88 milyon manatlıq hissəsi ixracın payına düşür. Cari ilin ilk rübü ərzində isə sənaye parkında istehsal olunmuş 659 milyon manatlıq məhsulun 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Ümumilikdə, bu ilin birinci rübündə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 faiz, ixracında isə 26,1 faiz təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri