Tramp: Senatorlar şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 8 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Senatının üzvləri şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Əgər onlar razılığa gələ bilməsələr, Respublikaçılar Partiyasının təmsilçiləri dərhal filibasteri ləğv etməlidir”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, filibaster ABŞ Senatında tətbiq olunan bir parlament prosedurudur və bu, azlıqda olan senatorlara bir qanun layihəsinin qəbulunu gecikdirməyə və ya tamamilə dayandırmağa imkan verir. Senatda normalda bir qanun layihəsi sadə çoxluqla (51 səs) qəbul edilir. Hökumətin maliyyələşməsinə dair qanun layihəsi isə 60 səs toplamaldır. Filibaster səsə qoyulsa və bu Senatda səs çoxluğuna malik Republikaçılar Partiyasının senatorları tərəfindən qəbul edilsə, hökumətin maliyyələşməsi üzrə qanun layihəsi üçün 60 səslik baryer adadan qalxacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 Noyabr 2025 02:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















