ABŞ Macarıstan üçün Rusiya enerji daşıyıcılarının tədarükünü sanksiyalardan azad edib.
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla görüşdən sonra ABŞ-ın Macarıstana sanksiyalardan güzəşt edəcəyini açıqlayıb.
APA xəbər verir ki, Orbanla görüşünün açıq hissəsində Tramp da Macarıstanın limanları və dənizə çıxışı olmadığı üçün Rusiyadan neft və qaz alışına güzəşt etməyə hazır olduğunu deyib.
"Macarıstan ən aşağı enerji qiymətlərinə sahib olmağa davam edəcək. “Türk Axını” və “Drujba” boru kəməri məsələsində onlara sanksiyalardan toxunulmazlıq verilib. Bu, ümumi və daimi güzəştdir", - Orban bildirib.
Baş nazir onu da qeyd edib ki, liderlər həmçinin Paks Atom Elektrik Stansiyasına qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəliblər. Güzəştin dekabr ayında başa çatması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 08 Noyabr 2025 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















