Icma.az
close
up
RU
Sumqayıt şossesi “20 yanvar”da tıxac olmayacaq ŞAD XƏBƏR

Sumqayıt şossesi “20 yanvar”da tıxac olmayacaq ŞAD XƏBƏR

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tıxacdan bezən paytaxt sakinlərini yeni ildə sürprizlər gözləyir. Bakının Baş Planına uyğun olaraq 2026-cı ildə yol-nəqliyyat infrastrukturunda bir sıra layihələrin icrasına başlanacaq.

Bu haqda “Sherg.az”a nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. R.Ağamirzəyev Baş planda olan 2027-ci ilədək icrası gözlənilən layihələr barədə danışıb: 

- Qarşıdakı illərdə metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyatında aparıcı rolunu qoruyaraq, aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz arasında yenə də əsas əlaqəni təmin edəcək. “28 May” stansiyası metro şəbəkəsinin mühüm mərkəzi qovşağı olaraq qalacaq. 2027-ci ilədək “28 May” – “Cəfər Cabbarlı” keçid stansiyasında qırmızı və yaşıl xətlərin bir-birindən ayrılması, həmçinin yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. Küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı vacib məsələ olduğundan bu istiqamətdə də mühüm işlərin icrasına başlanacaq. Hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi prinsiplə formalaşıb. Gələcəkdə bu marşrutların inkişaf etdirilərək diaqonal nəqliyyat əlaqələri ilə tamamlanması məqsədilə yeni nəqliyyat planlaşdırma sxemi hazırlanıb. 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın şimal giriş-çıxış problemi köklü şəkildə həll ediləcək. Xarici həlqəvi marşrutların tamamlanması məqsədilə: “Xarici Dairəvi Yol – Böyükşor – Ziya Bünyadov” həlqəvi marşrutu, “Lökbatan – Xocəsən – Binəqədi – Böyükşor – Sabunçu” Xarici Həlqəvi Yolu yaradılacaq. “Zığ–Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin birləşdirilməsi üçün “Xırdalan – M1 avtomobil yolu – Digah – Zabrat – Hava Limanı” həlqəvi magistralının inşası planlaşdırılır. Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad – Dərnəgül – Ziya Bünyadov prospekti – Keşlə – Babək prospekti – Ağ şəhər – 8 Noyabr prospekti” istiqamətində yeni diaqonal marşrut yaradılacaq. “Bakı–Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində sıxlığın azaldılması üçün paytaxtın strateji ikinci şimal-qərb giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Xarici həlqəvi yolun tam formalaşdırılması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ–Hövsan” şosesini, Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni yollar inşa ediləcək. Bununla yanaşı, mövcud nəqliyyat tıxaclarının qarşısının alınması və paytaxtın küçə-yol şəbəkəsinin davamlı inkişafı üçün əlavə kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri