Icma.az
close
up
RU
Sumqayıt və Xırdalandan Bakıya yeni yol Tıxaclar azalacaq AÇIQLAMA

Sumqayıt və Xırdalandan Bakıya yeni yol Tıxaclar azalacaq AÇIQLAMA

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dəmir yolu xətlərinin bərpası və yeni stansiyaların inşası paytaxt və ətraf ərazilərdə tıxacların azalmasına təsir göstərəcəyi gözlənilir.

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatın imkişafı xüsusilə relsli növləri tıxaca bir alternativdir. 

"Bu gün vətəndaşlar mərkəzə daha çox şəhərətrafı ərazilərdən gəlirsə bu da müəyyən sıxlıq və uzunmüddətli tıxaclar yaradır. Bunun şəhərətrafı ən önəmli alternativi dəmiryol şəbəkəsidir. Bu şəbəkə Bakı Şəhərinin Baş Planına əsasən dəmiryolunun dairəvi hərəkəti nəzərdə tutulmaqla yanaşı bir neçə stansiyasının inşası və köhnə xətlərin bərpası nəzərdə tutulub".

R. Ağamirzəyev bildirib ki, bütün bunlar insanları dəmiryolundan istifadəyə sövq edəcək.

"Hazırda dəmiryolu vasitəsiylə 42 minə yaxın sərnişin daşınırsa 2030-cu ilə qədər görüləcək işlərdən sonra  250 minə qədər sərnişinin daşıması nəzərdə tutulur. İlkin olaraq "Dərnəgül" stansiyası istifadəyə veriləcək. Bu da Sumqayıt və Xırdalandan mərkəzə gələnlər üçün yeni fürsətdir. Əvvəllər onlar səfərlərini "28 May" istiqamətindən təşkil edirdilərsə "Dərnəgül" stansiyası istifadəyə verildikdən sonra bu təzyiq azalacaq, - deyə R. Ağamirzəyev qeyd edib.

Qeyd edək ki, 2026-2027-ci illərdə Yeni Suraxanı-Hövsan, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala, 2028-2030-cu illərdə isə Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. 

Layihələndirmə işlərinin bəziləri tamamlanıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub. Zabrat-Maştağa-Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov-Binə-Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı-Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək.

Əlavə edilib ki, Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davam etdirilir.

Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri