Icma.az
close
up
RU
Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR vaxt qısalır

Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR vaxt qısalır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılacaq.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları"ndan (ADY) məlumat verilib.

Bildirilib ki, yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək.

"Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı–Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək", - məlumatda qeyd olunub.

Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.

Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda "Visa" ilə yanaşı, "Mastercard" kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.

Bank kartları üzrə gediş haqqı ödənişləri artıq səyahətin həyata keçirildiyi gün hesabdan çıxılır. Bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.

Elektron ödəniş imkanlarının artırılması istiqamətində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradacaq.

Səyahət imkanlarının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri