Sumqayıtda bərbad vəziyyətdə olan stadion təmir ediləcək VİDEO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtda yerli sakinlərin narazılığına səbəb olan, baxımsız stadion təmir ediləcək.
Sumqayıtda yerləşən 27 nömrəli məktəbin yaxınlığındakı stadion hazırda nəzarətsiz və yararsız durumdadır.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən sumqayit24.az-a bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, həyətyanı sahələrin abadlaşdırılması və idman infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir.
“Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbinin yaxınlığında yerləşən stadionun mövcud vəziyyəti ilə bağlı məsələ araşdırılıb. Qeyd edirik ki, həm məktəb binasının, həm də həyətyanı sahənin, o cümlədən stadionun təmir olunması ilə bağlı məsələ təmir planına daxil edilib. Növbəlilik prinsipi əsasında müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə qurumun açıqlamasında deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Fevral 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















