Bərbad vəziyyətdə olan Bakı Dövlət Sirki VİDEO
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2003-ci il, yeni il şənliyi zamanı Bakı Dövlət sirkında yaşanan bədbəxt hadisəni yəqin ki, çoxumuz xatırlayırıq. Belə ki, yellənçəyin kifayət qədər möhkəm bərkidilməməsi nəticəsində iki uşaq dünyasıni dəyışmışdı, 5 nəfər isə ağır yaralanmışdı. Yaralananların arasında o vaxt 13 yaşı olan Tahir də vardı. O Tahir ki, hadisədən sonra ömürlük fiziki məhdudiyyətli qalmağa məhkum olub.BAKU.WS xəbər verir ki, BAKU.TV bərbad vəziyyətdə olan Bakı Dövlət Sirki ilə bağlı süjet hazırlayıb. Zərərçəkmişlərdən Tahir İsgəndərli başına gələnlər barədə danışarkən deyib ki, 30 dəqiqə komada qalıb: "O günü çox yaxşı xatırlayıram. Çox güclü zərbə ilə yerə düşdüm. Yelləncəkdə olan dəmir isə çənəmin üstünə düşdü. 30 dəqiqə komada qalmışam".Bir neçə gün əvvəlsə jurnalist Ülviyyə İsmayılova sosial şəbəkədə sırkdəki bərbad vəziyyət haqda fotolar paylaşıb və yazıb ki, zalda havalandırma sistemi yoxdur. Təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha pis vəziyyətdədir.Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov isə deyir ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyəyə gətirilməsi texniki baxımdan həddindən artıq çətindir: "Sirkdə texniki cəhətdən çox ciddi problemlər var. O dövrdə su sirki üçün tikilən hovuz, havalandırma sistemi artıq sıradan çıxıb".Baxmayaraq ki, həyəcan təbili çalınmağa başlayıb, təkcə süjetin hazırlandığı gün tamaşanı izləmək üçün gələnlər həddindən artıq çox olub. Və kim bizi əmin edə bilər ki, 16 il bundan əvvəl yaşanan bədbəxt hadisə yenidən təkrarlanmayacaq!?Billurə Mikayıllı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:Bakı Dövlət Sirki cərimələndi SƏBƏB
26 Noyabr 2025 18:54
Sumqayıtda bərbad vəziyyətdə olan stadion təmir ediləcək VİDEO
18 Fevral 2026 17:09
Bakı Dövlət Sirki fəaliyyətini bərpa etdi Foto
25 Oktyabr 2025 16:11
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər”
06 Mart 2026 18:49
Bakı Dövlət Sirki “Səmaya yüksələnlər” şousunu təqdim edir Video+Fotolar
14 Mart 2026 19:05
Baxış sayı:111
Bu xəbər 15 Avqust 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















