Icma.az
close
up
RU
Sumqayıtda “Heydər Əliyev xatirələrdə” tədbiri keçirildi Video

Sumqayıtda “Heydər Əliyev xatirələrdə” tədbiri keçirildi Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Tədbirdə nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin, Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş FHN-in Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Sonra tədbir iştirakçıları Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda dahi rəhbərin zəngin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq birliyin nüfuzlu üzvlərindən biri hesab olunur.

Sonra mərasim bədii hissə ilə davam etdirilib.

Daha sonra tədbir iştirakçıları FHN-in Sumqayıt Regional Mərkəzi və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqlarına baxış keçiriblər.

Tədbir çərçivəsində Sumqayıt məktəbliləri arasında viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə də baxış keçirilib.

Sonda tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə Mərkəzin ərazisində 103 ədəd ağac, habelə müxtəlif gül kolları və dekorativ bitkilər əkilib, eyni zamanda güllərdən ibarət 103 rəqəmini əks etdirən kompozisiya yaradılıb.

Mərasim Unudulmaz Rəhbərin 103 illiyi şərəfinə 103 ədəd helium şarının havaya buraxılması ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri