Icma.az
close
up
RU
Heydər Əliyev Azərbaycandır!

Heydər Əliyev Azərbaycandır!

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük qələbələr yalnız döyüş meydanında deyil, həm də dövlətçilik qərarlarının düzgün verildiyi vaxt qazanılır. Çünki döyüş meydanındakı nəticənin arxasında illərlə formalaşan dövlətçilik fəlsəfəsi, siyasi iradə, iqtisadi imkanlar, diplomatik mövqe, hərbi hazırlıq və ən başlıcası, qarşıya qoyulmuş strateji məqsədlər dayanır. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərə də yalnız 44 günlük müharibənin hadisələri kontekstində baxmaq bu qələbənin siyasi və dövlətçilik mahiyyətini tam izah etmir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi bir fikir məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi”. Əlbəttə, bu sözlər Azərbaycanın son otuz ildən artıq siyasi tarixinin mahiyyətinə verilən konseptual qiymətləndirmədir. Çünki YAP-ın 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı Azərbaycanın dövlətçilik böhranının dərinləşdiyi vaxtda baş tutmuşdu. Həmin qurultayda Heydər Əliyev YAP-ın sədri seçilmişdi. Prezident İlham Əliyev həmin hadisəni xatırlamaqla Ulu Öndərin hakimiyyətə qayıdışının məhz xalqın tələbi ilə reallaşdığını vurğuladı. Beləliklə, burada söhbət yalnız bir siyasi partiyanın tarixindən getmir. Söhbət Azərbaycanın dərin böhrandan çıxaraq güclənməsi, öz iqtisadi və siyasi imkanlarını formalaşdırması, ordusunu qurması və nəhayət, əsas milli məsələyə – ərazi bütövlüyünün bərpasına nail olmasından gedir.

Bir az geriyə – 90-cı illərin əvvəlinə qayıdaq. SSRİ dağılmışdı. Qarabağ münaqişəsi hərbi mərhələyə keçmişdi. İqtisadi əlaqələr qırılır, idarəçilik zəifləyir, hakimiyyət uğrunda siyasi mübarizə kəskinləşirdi. 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi də siyasi təlatümləri azaltmamışdı. 1992-ci ildə Şuşa və Laçının işğalı, 1993-cü ilin aprelində Kəlbəcərin əldən verilməsi ölkənin təhlükəsizlik sisteminin nə qədər ağır vəziyyətdə olduğunu göstərirdi. Məhz bu məqamda mühüm bir fərq ortaya çıxır: müstəqilliyə sahib olmaq başqa, müstəqilliyi qorumaq və onun institutlarını qurmaq tamam başqa məsələdir. Prezident İlham Əliyev əbəs yerə demir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Çünki dövlətçilik yalnız bayraq, gerb və himndən ibarət deyil. Dövlətçilik siyasi sabitlik, işlək institutlar, iqtisadi resurslar, milli ordu, diplomatik imkanlar və cəmiyyətin ümumi məqsəd ətrafında təşkilatlanması deməkdir. Məhz o dövrdə Azərbaycanın əsas problemi bu resursların parçalanmış vəziyyətdə olmasında idi. AXC-Müsavat hakimiyyəti xalqın yox, şəxsi maraqlardan çıxış edir, ərazilərin işğalında ermənilərin dəyirmanına su tökür, nəticə etibarilə ölkədəki siyasi-hərbi böhran getdikcə dərinləşirdi.

Həmin illərin siyasi tarixinin diqqətçəkən məqamlarından biri də ölkəyə rəhbərlik edən şəxslərin böhran şəraitindəki davranışlarıdır. Əbdürrəhman Vəzirov 1990-cı ilin yanvar hadisələrindən sonra Moskvaya qaçmışdı. Eyni yolu Ayaz Mütəllibov da getmişdi. 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımından sonra Mütəllibov da həmin ilin mayında Bakıdan qaçıb Rusiyaya sığınmışdı. Əbülfəz Elçibəy isə 1993-cü ilin iyun qiyamı zamanı Bakını tərk edərək Naxçıvanın Kələki kəndinə getmişdi. Beləliklə, 1988-1993-cü illərin siyasi rəhbərlik xəttinə baxanda Vəzirov, Mütəllibov və Elçibəydən sonra Heydər Əliyevin 1993-cü ilin iyununda böhranlı vəziyyətə müdaxilə edərək siyasi məsuliyyəti üzərinə götürməsi arasında ciddi fərq görünür. Bu, mühüm tarixi dərslərdən biridir. Axı liderlik yalnız hakimiyyətdə olmaq deyil, liderlik böhran zamanı sinəsini qabağa verib məsuliyyəti üzərinə götürməkdir, xalqın səsinə səs verməkdir, xalqın qucaqlamaqdır!

Burada YAP-ın təsis qurultayı ilə Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı arasındakı siyasi əlaqəyə xüsusi diqqət yetirmək lazımdır. 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Heydər Əliyev partiyanın sədri seçildi. Bir neçə ay sonra ölkədəki böhran o həddə çatdı ki, Heydər Əliyevin Bakıya dəvət olunması cəmiyyətin geniş hissəsinin əsas siyasi tələbinə çevrildi. Deməli, 1992-ci ilin noyabrında siyasi təşkilatlanma formasında meydana çıxan proses 1993-cü ilin iyununda dövlət idarəçiliyi mərhələsinə keçdi. Bu mənada YAP-ın təsis qurultayı sadəcə partiya tarixinin başlanğıcı yox, həmin dövrün siyasi böhranına verilən təşkilatlanmış cavab idi. Heydər Əliyevin özündən əvvəlki rəhbərlərdən əsas fərqi isə onda idi ki, o, dövləti taktika ilə deyil, strategiya ilə idarə edirdi. O, xalqı öz hakimiyyətinin mənbəyi hesab edirdi, Azərbaycanı canından da çox sevirdi!

O dövrdə Heydər Əliyev ölkə qarşısında duran əsas vəzifələri eyni strateji xətdə birləşdirmişdi. Müstəqilliyin dayaqlarının möhkəmləndirilməsi, iqtisadi sabitliyin ön plana çıxarılması, beynəlxalq birliyə inteqrasiya, enerji siyasəti, xarici sərmayənin cəlbi, ordu quruculuğu və milli təhlükəsizlik məsələləri geniş miqyas almışdı. O vaxtdan keçən dövr ərzində siyasi xəttin əsas elementləri dəyişmədi. Prezident İlham Əliyev bunu qurultaydakı çıxışında çox aydın şəkildə ifadə etdi: “İllər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmək”. Əslində bu cümlə Heydər Əliyevin siyasi irsinin mahiyyətini izah edən əsas formuldur. Çünki vasitələr dəyişir, şərtlər dəyişir, beynəlxalq mühit dəyişir, amma dövlətin strateji maraqları dəyişməz qalır. Azərbaycan cəmiyyəti 2003-cü ildən sonra bunu aydın şəkildə gördü. Ölkənin iqtisadi imkanları çoxaldı. Dövlət institutları daha da möhkəmləndi. Ordu quruculuğu yeni mərhələyə keçdi. Azərbaycanın beynəlxalq əlaqələri əvvəlki illərlə müqayisədə xeyli gücləndi. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qalib gəldi. Əlbəttə ki, 44 gün Zəfərin zaman ölçüsüdür. Zəfərə hazırlığın zaman ölçüsü isə onilliklərlə dayanır. 1990-cı illərin əvvəllərində səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində işğal edilən torpaqlar artıq siyasi bəyanat səviyyəsindən real hərbi nəticə mərhələsinə keçdi. Məhz bu məqamda Heydər Əliyevin müəyyən etdiyi strategiyanın əsas sirri açılır: öz imkanlarına söykənmək, özünə arxalanmaq. Artıq müasir Azərbaycan reallığında müstəqillik 90-cı illərin əvvəlindən fərqli olaraq boş siyasi bəyanat deyil, artıq imkan məsələsidir. Azərbaycan indi öz iqtisadi resurslarına, öz ordusuna, öz diplomatik imkanlarına və öz siyasi iradəsinə arxalanır. Heydər Əliyevin siyasi irsinin mahiyyəti də məhz bu məqamda üzə çıxır. Çünki Heydər Əliyev təməldir, Heydər Əliyev yöndür, Heydər Əliyev fikirdir. Heydər Əliyev gənclikdir, gələcəkdir. Heydər Əliyev sülhdür, yüzillər sonrasını öncədən görə bilməkdir.

Heydər Əliyev müstəqillikdir!

Heydər Əliyev Azərbaycandır!

Yunis Orucov,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Oktyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri