Icma.az
close
up
RU
Sumqayıtda məişət zorakılığına qarşı maarifləndirmə tədbiri keçirilib

Sumqayıtda məişət zorakılığına qarşı maarifləndirmə tədbiri keçirilib

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

11 iyul 2025-cil il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” qrant layihəsi çərçivəsində ikinci tədbir Sumqayıtda yerləşən Gənclər Evində keçrildi.

Tədbir 1 dəqiqəlik sükutla şəhidlərimizi yad etdikdən sonra Azərbaycan Respublikasının dövlət himnini səslənməsi ilə başladı.

Tədbiri açıq elan edən “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri  Səidə Musayeva məişət zorakılığı, xüsusilə qadınlara və uşaqlara qarşı baş verən zorakılıq halları, cəmiyyətin sosial təhlükəsizliyinə və sağlam inkişafına ciddi maneə yaratması haqında ətraflı məlumat verərək bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin keçirilməsi nəzərdə tutulur.

Məişət zorakılığı mövzusu, şübhəsiz ki, yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün mühüm və həssas bir sosial məsələdir. Dövlətimizin bu mövzunu daim diqqət mərkəzində saxlaması isə həm yüksək humanist dəyərlərə sadiqliyinin, həm də insan hüquqlarına verdiyi önəmin bariz nümunəsidir.

Bu fikirləri “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini və tədbirin aparıcısı Cəmalə Naxçıvani xüsusi vurğuladı. O, layihə çərçivəsində hazırlanan təqdimatı iştirakçılara çatdıraraq, zorakılıqla mübarizədə maarifləndirmənin əhəmiyyətini ön plana çəkdi.

Tədbirin davamında çıxış edən layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev məişət zorakılığına qarşı mübarizə yolları, hüquqi müdafiə mexanizmləri və psixoloji dəstək xidmətləri barədə geniş məlumat verdi. O, xüsusilə qadınların sosial həyatda fəal iştirakının, onların iqtisadi cəhətdən müstəqilliyinin və şəxsi inkişafının vacibliyini vurğuladı. Sonda iştirakçıların çoxsaylı suallarını cavablandıraraq mövzuya olan marağın böyük olduğunu bir daha göstərdi.Tədbir iştirakçıları və ekspert arasında maraqlı fikir mübadiləsi oldu.

Tədbiri yekunlaşdıran Birliyin sədri və layihə rəhbəri Səidə Musayeva çıxışında qeyd etdi ki, məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə işləri davamlı olaraq genişləndirilməlidir. Onun sözlərinə görə, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi bu istiqamətdə ardıcıl fəaliyyət göstərir, qadınların və uşaqların hüquqlarının qorunmasına, onların rifahının yaxşılaşdırılmasına, həmçinin cəmiyyətin psixoloji dayanıqlığının gücləndirilməsinə öz töhfəsini verir.

Birliyin həyata keçirdiyi layihələr, yalnız zorakılıq hallarının qarşısının alınmasına deyil, eyni zamanda, təhlükəsiz və sağlam sosial mühitin qurulmasına, ictimai şüurun yüksəldilməsinə xidmət edir. Layihənin əsas məqsədi isə cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılması, qadınların rolunun gücləndirilməsi və hər kəs üçün daha ədalətli və təhlükəsiz bir həyatın təmin edilməsidir.

Bizim bu təşəbbüsümüzə yüksək səviyyədə qiymət verib, qaliblər sırasında mükafatlandırdığına görə və layihəmizi dəstəklədiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə,  icraçı direktor Aygün xanım Əliyevaya və eləcə də Katibliyin bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.
Tədbir zamanı birliyin üzvlərinin övladlarının əl işindən ibarət rəsm sərgisi keçirildi.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 İyul 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri