Icma.az
close
up
RU
Məişət zorakılığına qarşı yeni addım

Məişət zorakılığına qarşı yeni addım

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Beynəlxalq təcrübə Azərbaycanda tətbiq olunur


Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması  


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupu məişət zorakılığı ilə bağlı ölkədəki vəziyyətin araşdırılması, təhlil və müzakirə edilərək problemlərin həllinə nail olunması istiqamətində məqsədyönlü iş aparır. Monitorinq qrupunun komitədə keçirilən növbəti toplantısında ölkədə məişət zorakılığı ilə bağlı rezonans yaradan faktlar və üçaylıq hesabat, yerli monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması zamanı fəaliyyətlərində yaranan çətinliklər, eləcə də onların həlli yolları müzakirə edilib. İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının və Ombudsman Aparatının, Dövlət Statistika Komitəsinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri, o cümlədən Bakı şəhərinin Sabunçu və Binəqədi rayonları, habelə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçılarının müavinləri yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri qismində iştirak ediblər. Həmçinin qurumlararası əlaqələndirmənin möhkəmləndirilməsi, bütün rayon və şəhərlər üzrə münaqişəli ailələrin siyahısının müəyyənləşdirilməsi, təhlillərin aparılması və münaqişəli ailələrlə profilaktiki işin gücləndirilməsi, habelə yerli polis bölmələrinin əməkdaşlarına məişət zorakılığının qarşısının alınması ilə bağlı təlimlərin keçirilməsi kimi bir çox məsələlər ətrafında həm qrup üzvləri, həm də qonaqlar tərəfindən ətraflı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gender əsaslı problemlərin həlli, məişət zorakılığının qarşısının alınması, milli ailə dəyərlərimizin qorunub saxlanması istiqamətində müxtəlif məzmunlu təlimləri mütəmadi keçirir. Komitənin məlumatında bildirilir ki, təlimlər ölkənin müxtəlif regionlarında, şəhər və qəsəbələrində təşkil olunur, ailələrin iştirakı ilə keçirilən təlimlərdə yerli əhəmiyyətli məsələlərin həllinə çalışılır, ailə başçıları ilə maarifləndirici söhbətlər aparılır, onların müraciətlərinə baxılır. Komitə tərəfindən keçirilən “Açıq qapı” günləri də bu qisimdəndir. Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə ötən ay ərzində bir neçə reginonda “Açıq qapı” günləri keçirilib. 


Bu tədbirlərdə psixoloq və sosial işçilər də iştirak ediblər. Səyyar formada təşkil olunan “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Buzovna, Goranboy rayonunun Nərimanlı, Hacıqabul rayonunun Padar, Qəbələ rayonunun Məmmədağalı, Saatlı rayonunun Seyidlər, Sabirabad rayonunun Axıska, Zaqatala rayonunun Çobankol, Zərdab rayonunun Gəlmə, Göygöl rayonunun Yeni Qızılca və İsmayıllı rayonunun Qurbanəfəndi kənd və qəsəbələrini əhatə edib. Tədbir çərçivəsində vətəndaşların UADM-lərin xidmətlərindən istifadə imkanları, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment məsələləri, müalicə və sosial müavinətlər, işlə təminat və özünüməşğulluq proqramları, təhsil imkanları, evdə (səyyar) sosial xidmətlərin təşkili mövzuları üzrə müraciətləri dinlənilib. Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub. “Açıq qapı” günü çərçivəsində ümumilikdə 90 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1.9-cu bəndinin icrasına əsasən ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən rayonun Kəngərli və Sarıcalı kəndlərində də “Açıq qapı” günü keçirilib. Psixoloq, sosial işçi, sosial pedaqoq və hüquqşünasın iştirakı ilə keçirilən “Açıq qapı” günündə psixoloji konsultasiya, sosial adaptasiya, sosial müavinətlər, işlə təmin olunma, bağça, ictimai iaşə müəssisələrinin açılması, məhkəmə qərarlarının icrası və digər məsələlər ilə bağlı müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilərək, onların psixo-sosial vəziyyəti və ehtiyacları qiymətləndirilib, həlli istiqamətində müvafiq dəstək göstərilib. Bundan əlavə çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması məqsədilə Dövlət Komitəsinin təşkilatçılığı ilə təlimlər də keçirilib. Təlimlər Türkiyə Cümhuriyyətinin Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş ekspertlər tərəfindən aparılıb. Pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların nümayəndələri, icra strukturlarında çalışan məsul şəxslər, aidiyyəti dövlət qurumlarının əməkdaşları, eləcə də sosial xidmət sahəsində birbaşa fəaliyyət göstərən mütəxəssislər iştirak etdiyi təlim dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, mütəxəssislər arasında təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaradıb. İştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olublar. Eyni zamanda sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzular müzakirə edilib. 


Dövlət Komitəsinin ailələrin qorunması istiqamətində həyata keçirdiyi tədbirləri təqdir edən sosioloq Mətanət Məmmədova “Şərq”ə açıqlamasında bildirdi ki, ailələrin, uşaqların müdafiəsi, gender əsaslı problemlərin həllində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi nə qədər faydalıdırsa, əsrlərdən qorunaraq günümüzə qədər gəlib çıxmış milli adət-ənənələrimizə söykənmək bir o qədər vacibdir:


 - Ötən dəfə "Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik" mövzusunda keçirilən təlimdə   Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı mühüm məsələyə toxundu. Qeyd etdi ki, Azərbaycanda bələdiyyələrin tərkibində gender komissiyalarının yaradılmasıyla bağlı layihə komitənin təşəbbüsü ilə reallaşıb. Bələdiyyələr bir kənddə və ya qəsəbədəki hadisəni daha tez araşdırıb, təhlil edə bilər. Çünki onlar fəaliyyət göstərdikləri yerlərdəki ailələrə, onların problemlərinə daha yaxşı bələddirlər. Bu zaman məişət zorakılığı və erkən nikah kimi neqativ halların qarşısı daha tez alınar. Bələdiyyələrdə gender komissiyalarının təşkil edilməsi, əlbəttə, müsbət təşəbbüsdür. Lakin təəssüf ki, ölkəmizdə bələdiyyələr institut kimi hələ tam formalaşmayıb. Kənd və şəhər yerlərində bələdiyyə üzvlərinin gender əsaslı problemlərin, münaqişələrin həllinə yönləndirilməsi müsbət nəticə verə bilər. Bələdiyyə üzvləri ərazi üzrə yerli sakinlərdən seçilir. Ona görə də həmin ərazilərdə yaşayan sakinlər barədə məlumatlı olurlar. Əslində, məlumatlı olmalıdırlar. Erkən nikah hallarını bilməlidirlər, hansı ailədə yeniyetmə qızlar təhsildən yayındırılaraq nikaha məcbur edilir, hansı ailədə məişət zorakılığı halları var, bunun səbəbləri nədir. Bütün bunları bələdiyyə üzvü olanlar, xüsusən də xanımlar öyrənə bilər, araşdırma apara bilər. Problem bundadır ki, yerlərdə bələdiyyələr rəsmi şəkildə özünüidarəetmə strukturu kimi fəaliyyət göstərmir. Bələdiyyələrin gərək idarəsi, binası, əməkdaşları ola ki, bu cür vacib sosial işləri həyata keçirə bilsinlər. Bizim ölkədə bələdiyyəni rəsmi struktur kimi tanımırlar, ciddi qəbul etmirlər. Bələdiyyələrin gender bərabərliyinin təmin olunması, ailə möhkəmliyi kimi aktual milli məsələlərin həllində iştiraklarının təmin edilməsi üçün ilk növbədə onların fəaliyyətlərinin genişləndirilməsi, yerli özünüidarəetmə strukturu kimi ciddi imic qazanmalarını təmin etmək lazımdır. Elə kəndlər var, bələdiyyə yalnız bələdiyyə sədrindən və müavindən ibarətdir. Əgər həqiqətən də, qadınların bələdiyyə institutlarında təmsilçiliyi 40 faizdirsə, bu, yenə də azdır. Bu göstərici 80 faizə qalxmalıdır ki, məişət zorakılığı və ya erkən nikahların qarşısının alınması kimi ciddi məsələlərdə nəsə bir müsbət nəticə əldə edilsin, əsaslı bir iş görmək mümkün olsun. Bələdiyyə üzvləri arasında qadınların sayı artarsa, gender əsaslı problemlərin həllində əhəmiyyətli irəliləyiş əldə olunar. Ailə başçılarını belə görüşlərə, söhbətlərə razı salmaq o qədər də asan deyil. Amma bələdiyyələrin qadın üzvləri ailələrlə yaxından əlaqə yarada, söhbət apara bilər. Kəndlərdə bələdiyyə üzvləri arasında qadınlar azdır. Bəlkə, təsadüf nəticəsində bir-ki nəfər ola, ya olmaya. Təklif müsbətdir. Müsbət nəticələri ola bilər. Bunun üçün bələdiyyə üzvü olan qadınların ev-ev gəzib ailələrlə görüşməsi, maarifləndirici söhbətlər aparmaları lazımdır. Bələdiyyələrdə qadın üzvlərin sayı artarsa və onlara bu işləri icra etməyə dəstək göstərilərsə, yerlərdə gender əsaslı problemlər effektli şəkildə həllini tapar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri