Icma.az
close
up
RU
Sumqayıtda Narkomaniyaya qarşı birgə olaq adlı tədbir keçirilib

Sumqayıtda Narkomaniyaya qarşı birgə olaq adlı tədbir keçirilib

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Sumqayıt şəhərinin Tarixi Muzeyində Səməd Vurğun adına Mərkəzi Kitabxananın və Tarix Muzeyinin birgə təşkilatçılığı, 3, 5, 14, və 25 nömrəli orta məktəblərin şagirdlərinin iştirakı ilə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya qarşı birgə olaq” adlı maarifləndirici tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Regional sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri, narkoekspert Emil Maqalov, Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektorları; polis baş leytenantı Aytac Aslanova və polis kapitanı Asudə Əliyeva, yazıçı, dramaturq Hafiz Ataxanlı iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sumqayıt Tarixi Muzeyinin rəhbəri Namiq Əliyev açaraq iştirakçıları salamlayıb. O, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşımasından bəhs etdikdən sonra tədbiri idarə etmək üçün sözü baş kitabxanaçı Yeganə Hüseynovaya verdi. Yeganə Hüseynova bu bəlanın dünyanı öz cənginə almasından, insanların sağlamlığına, yaşam tərzinə vurduğu zərbələrin ağırlığından bəhs etdi.
Yazıçı-dramaturq Hafiz Ataxanlı çıxışında belə maarifləndirici tədbirlərin keçirilməsinin uşaqlara müsbət təsirindən danışdı.Tanınmış narkoekspert Emil Maqalov uşaqlarla səmimi diskussiya yaradaraq, gənclərin asudə vaxtının səmərəli təşkili, narkomaniya ilə mübarizədə əsas çətinliklərin reabilitasiya mərkəzlərinin yetərincə olmaması, zərərli vərdişlərə, narkotik maddə istifadəçiliyinə cəlb olmanın əsas səbəbləri, psixotrop maddələrin fəsadları haqqında çıxış etdi.
Polis əməkdaşları Aytac Aslanova isə narkomaniya ilə mübarizənin yalnız hüquq-mühafizə orqanlarının işi olmadığını, həm də sosial, tibbi və maarifləndirmə tədbirlərinin vacib olduğunu vurğuladı. Mərkəzi kitabxanaını direktor müavini Natəvan Məmmədli isə yeniyetmə və gəncləri daha düzgün və uğurlu yollara yönləndirmək valideyn və müəllim tandemindən də asılı olduğundan və cəmiyyətin hər bir üzvünün rolunun vacibliyini bildirdi. Tədbirdə şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən ətraflı cavablandırıldı. Tədbirin sonunda S. Vurğun adına Mərkəzi kitabxananın hazırladığı videoçarx nümayiş etdirildi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri