Sumqayıtda piyada zolağını rəngləmək əvəzinə başqa xətt çəkdilər ŞİKAYƏT FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində xoşagəlməz mənzərə yaranıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” ünvanına fotoşəkillər göndərib. Görüntülərdən aydın olduğu kimi, sözügedən küçədə silinmiş piyada zolağının üzərində qırıq xətlər (1.5 nişanlanma xətləri) çəkilib. Lakin zolaq silinsə də ərazidə piyada keçidi nişanı qalıb. Şikayətçinin sözlərinə görə, nəticədə ərazidən keçən sürücülər piyadalara yol vermədən yüksək sürətlə hərəkətlərinə davam edirlər. Bu isə həm sürücülərin, həm də piyadaların həyatını təhlükəyə atır. Eyni zamanda bəzi sürücülər nəqliyyat vasitələrini keçidin üzərində, yaxud yaxınlığında saxlayırlar.
Qeyd edək ki, sözügedən küçə avtomobillərin intensiv hərəkətdə olduğu yoldur və ərazidə yaşayış binaları, park mövcuddur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















