Asfaltı qazıb su çəkdilər, asfaltlamaq yaddan çıxdı ŞİKAYƏT FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Şəmkir rayonunun Kür qəsəbəsinin bir hissəsində bir ilə yaxındır ki, su xəttinin yenilənməsi işlərinə başlanılıb.
Milli.Az-a sakinlər müraciət edərək bildiriblər ki, xəttlərin yenilənməsinə baxmayaraq işlər tam başa çatdırılmayıb. Küçələr qazılıb və su xəttləri yenilənib, amma cavabdeh şəxslər qazdıqları əraziləri asfaltlamağı unudublar.
Bu səbəbdən yeni çəkilən su xətləri tez-tez sıradan çıxır.
Qəsəbə sakinləri bu laqeyd münasibətdən narazıdırlar. Onlar bildirirlər ki, xüsusilə qarşıdan gələn qarlı və yağışlı qış aylarında problemlər daha da artacaq və su xətləri daha çox zərər görəcək.
Sakinlər məsələ ilə bağlı dəfələrlə Azərbaycan Su Ehtiyatları Agentliyinə məlumat verdiklərini, amma hələ də müsbət cavab almadıqlarını vurğulayırlar. Onlar su xətlərinin tam təmir olunmasını və asfalt işlərinin yerinə yetirilməsini tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Su Ehtiyatları Agentliyinə sorğu ünvanlanıb. Sorğunun cavabı alındıqda, müvafiq məlumat ictimailəşdiriləcək.
İnqilab Məmmədov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















